Göyçayda Dövlət bayrağı meydanı inşa edilir. SİA-nın məlumatına görə, şəhərin mərkəzində tikintisinə başlanılan meydanda Azərbaycanın dövlət bayrağı 30 metr hündürlükdə dalğalanacaq. Bayrağın postamenti qranitlə üzlənəcək. Qranit lövhənin üzərində Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni əks olunacaq.
"ATF-İnşaat" MMC-in briqadası tərəfindən bir hektara yaxın ərazidə həyata keçirilən tikinti işləri zamanı bayraq meydanının gözəl görkəmdə olması üçün oradakı həmişəyaşıl ağaclara toxunulmayıb. Meydanın ərazisinə tamet plitələr döşənəcəyi, oturacaqlar qoyulacağı, dekorativ gül kolları və ağaclar əkiləcəyi bildirilib. Ərazidə müasir formada fəvvarənin tikintisi və mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün açıq səhnə və rəngli işıqlandırma sisteminin quraşdırılması nəzərdə tutulur. Tikintiyə 15 gün əvvəl başlanılıb. Qeyd edək ki, meydanın tikintisi ilə bağlı işlər noyabrda başa çatacaq.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB