Iqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər zamanı
Bakının Nizami rayonunda
- B.Nuriyev küçəsi, 42 ünvanında yerləşən \"Elnur market\"də;
- B.Nuriyev küçəsi, 32c ünvanında Elməddin Ələkbərova məxsus mağazada;
- Şərifli küçəsi, ev 25 ünvanında yerləşən \"Araz supermarket\"də;
- C.Naxçıvanski küçəsi, ev 90 ünvanında Səbinə Həsənovaya məxsus mağazada;
- C.Naxçıvanski küçəsi, ev 94 ünvanında Həsən Əliyevə məxsus mağazada;
- E.Süleymanov küçəsi, ev 137 ünvanında Babək Qasımzadəyə məxsus mağazada;
Binəqədi rayonunda
- Naxçıvani küçəsi, 15 ünvanında yerləşən \"Nicat market\"də;
- 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 11A ünvanında Rasim Hüseynova məxsus mağazada;
- A.Məmmədov küçəsi, 115 ünvanında Məhərrəm Mustafayevə məxsus mağazada;
- 9-cu mikrorayon, Rezervuar, 160 ünvanında Ramiz Əsgərova məxsus mağazada;
Sabunçu rayonunda
- Bakıxanov qəsəbəsi, Bünyadov küçəsində Qadir Yusifova məxsus mağazada;
- Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1B ünvanında Zöhrab Ələkbərova məxsus mağazada;
- Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 33 ünvanında yerləşən \"Gilavar market\"də;
- Sabunçu dairəsi, Aydınbəyov küçəsi, 37 ünvanında Məmmədağa Novruzova məxsus mağazada;
- Sabunçu dairəsi, Aydınbəyov küçəsi, 41 ünvanında Sale Sadıqova məxsus mağazada;
Şəmkir şəhərində
- 20 Yanvar küçəsində Fəxrəddin Hüseynova məxsus mağazada;
Füzuli rayonunda
- Horadiz şəhərində yerləşən \"Nurlan market\"də;
Göygöl şəhərində
- Bəhlulzadə küçəsi, 2 ünvanında Pərviz Məmmədova məxsus mağazada;
Xaçmaz rayonunda
- Seyidlikəndyeri kəndində \"CTF\" firmasına məxsus mağazada;
Mingəçevir şəhərində
- H.Əliyev prospektində Yaşar Əliyevə və Rəmzi Səlimova məxsus mağazalarda;
Bərdə rayonunda
- Nizami küçəsində İlqar Təhməzova və İsmayıl İlyasova məxsus mağazalarda;
- Bakı küçəsində Elnur Quliyevə və Xurşud Səlimova məxsus mağazalarda;
Samux rayonunda
- Alıuşağı kəndində Mahir Hüseynova məxsus mağazada
ümumi çəkisi 386 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. SİA-nın xəbərinə görə, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB