Media və iqlim dəyişmələri sahəsində növbəti layihənin icrasına başlanıb. "Azərbaycan jurnalistlərinin qlobal iqlim dəyişmələri sahəsində peşəkarlığının artırılması məqsədilə təlim proqramının hazırlanması" adlanan layihə YUNESKO və Azərbaycan Mətbuat Şurası tərəfindən həyata keçirilir. Mətbuat Şurasından SİA-ya verilən xəbərə görə, icraçı tərəfdaşlar YUNESKO-nun Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsi və Beynəlxalq Avrasiya Mətbuat Fondudur.
Bu barədə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib. O, layihənin qlobal iqlim dəyişmələrinin işıqlandırılmasında jurnalistlərin peşəkarlığının artırılmasına və əhalinin elmi yolla ekoloji maarifləndirilməsinə xidmət edəcəyini deyib: "Azərbaycan Mətbuat Şurası və YUNESKO-nun "İnsan və Biosfer" Azərbaycan Milli Komitəsi YUNESKO-nun Moskva Ofisi ilə 2010-cu ilin sentyabrından 2011-ci ilin aprel ayınadək "İqlim dəyişikliklərinə dair məsələlərin əhatə olunmasının keyfiyyətinin yaxşılaşdırılması məqsədilə yayım jurnalistləri üçün təlim" layihəsini həyata keçirib. YUNESKO-nun Azərbaycan üzrə Milli Komissiyası layihənin uğurla reallaşdırılmasına yaxından dəstək verib. Layihə çərçivəsində teleradio jurnalistləri üçün Bakıda 3 günlük konfrans-seminar keçirilib. "İqlim dəyişmələri və ekoloji stabillik" adlı kitabça nəşr edilərək yayılıb və www.mediaclimate.org adlı veb sayt hazırlanıb istifadəyə verilib. Layihənin idarə olunması birgə razılıq əsasında Azərbaycan Mətbuat Şurasının üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fonduna həvalə edilib. Veb sayt layihənin davamlılığının təmin olunmasında müstəsna əhəmiyyətə malikdir. BAMF saytın formalaşmasında yaxından iştirak etməklə yanaşı, həm də layihənin həyata keçirilməsinə sonadək dəstək verib. İndi həyata keçirdiyimiz layihədə əsas hədəf təlim proqramının hazırlanmasıdır. Proqramın tərtibində YUNESKO-nun media üçün təlim vəsaitlərinə, o cümlədən ötən il "İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim" layihəsi çərçivəsində Azərbaycanda nəşr edilmiş "İqlim dəyişmələri və ekoloji stabillik" adlı kitabçaya istinad olunacaqdır. Burada ölkədə media treninqlərinin xüsusiyyətləri və milli təhsil strategiyasının uyğun müddəalarını özündə əks etdirən tədris modulları da nəzərə alınacaqdır. Bu proqram mediaya təlim keçən qurumlar üçün əyani vəsait olacaqdır".
Ə.Amaşov elm, jurnalistika və təhsil mütəxəssislərinin layihənin icra mexanizmi və metodologiyasını hazırlamaq məqsədi ilə Azərbaycan Mətbuat Şurasında müzakirələr apardıqlarını, hazırda bu məqsədlə materiallar toplandığını da deyib.
"Bu ilin sentyabr ayında media, elm və tədris müəssisələrinin nümayəndələri, həmçinin universitetlərin jurnalistika fakültələrinin tələbələri ilə birgə proqramın konsepsiya sənədi müzakirə olunacaq. Noyabrda isə təlim proqramının təqdimatı keçirilməsini planlaşdırırıq. Təlim proqramının ingiliscə variantının nəşri də nəzərdə tutulur. Layihənin əhatə dairəsi Bakı şəhəridir və icrası bu ilin dekabrında başa çatacaqdır" - deyə o bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



