Bakıda alternativ hesabatın hazırlanmasına dair seminar keçiriləcək

Bakıda alternativ hesabatın hazırlanmasına dair seminar keçiriləcək

Avqustun 23-24-də ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə alternativ hesabatın hazırlanmasına dair seminar keçiriləcəkdir. ATƏT-in Bakı ofisindən SİA-ya verilən məlumata görə, seminarda vətəndaş cəmiyyətinin nümayəndələri, beynəlxalq ekspertlər və KİV təmsilçiləri iştirak edəcəklər.

Alternativ hesabatın hazırlanmasına dair seminar ikinci dəfədir ki, təşkil olunur. Təlimlərin birinci hissəsi iyunda keçirilib. Seminarın təlim proqramı BMT mexanizmlərini, mövcud hesabatların müqayisəsini, alternativ hesabatlara dair məlumatları əhatə edir. Təlimlər beynəlxalq ekspertlər tərəfindən aparılacaqdır

Bütün xəbərlər Facebook səhifəmizdə