Sabah Aktauda Xəzər günü qeyd olunacaq

Sabah Aktauda Xəzər günü qeyd olunacaq

Avqustun 12-də Xəzər günü münasibətilə Aktauda tədbir təşkil olunacaq. SİA-nın xarici mətbuata istinadən yaydığı xəbərə görə, bu gün hər il Xəzərsahili ölkələrdə-Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistanda qeyd edilir. Tədbirin keçirilməsində məqsəd ictimaiyyətin diqqətini Xəzər dənizinin ekoloji mühitinin qorunmasına və Tehran konvensiyasının həyata keçirilməsinə cəlb etməkdir. Bu il təntənəli mərasim Aktau şəhərinin mərkəzi meydanında və sahil zonasında yerləşən bütün şəhərlərdə keçiriləcək. Bu zaman bayram konserti, yarmarka, əyləncəli proqram təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə