Hansı millət vəkilinin yeni internet saytı yaradılır?

Hansı millət vəkilinin yeni internet saytı yaradılır?

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadənin şəxsi internet saytı hazırlanır. Bu barədə SİA-ya millət vəkilinin özü məlumat verib. O bildirib ki, yeni sayt avqustun 15-dən sonra ictimaiyyətin ixtiyarına veriləcək: "Bir neçə bölmədən ibarət olacaq saytda şəxsi məlumatlar, fəaliyyətimlə bağlı xəbərlər, mətbuatda haqqımda yazılan yazılar, kitabımın tam mətni və digərləri öz əksini tapacaq. Bundan başqa, saytda uşaqlıq, orta və ali məktəb dövrü, Mingəçevirdə işlədiyim dövrlər, deputatlıq fəaliyyətimə dair 1000-ə qədər şəkil yerləşdiriləcək. Eyni zamanda, saytın içərisindən populyar linklərə, tanınmış mətbuat orqanlarına keçidlər olacaq. Bir sözlə, bəzi yenilikləri özündə birləşdirəcək sayt inanıram ki, insanların da xoşuna gələcək".

Bütün xəbərlər Facebook səhifəmizdə