Sabir Vəliyev: “Azərbaycan bu il də öz taxil ehtiyacını ödəyə bilməyəcək”-AÇIQLAMA

Sabir Vəliyev: “Azərbaycan bu il də öz taxil ehtiyacını ödəyə bilməyəcək”-AÇIQLAMA

Azərbaycan bu il də öz taxil ehtiyatı hesabına taxil ehtiyacını ödəyə bilməyəcək. Bu barədə SİA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev məlumat verib. O bildirib ki, bu il də taxıl ehtiyatında müəyyən kəsir qalacaq. Onun sözlərinə görə, baxmayaraq ki, 1 milyon 700 tona yaxın taxıldan buğda istehsal olunacaq, lakin toxumu çıxdaş edəndən sonra hardasa 300 min ton əlavə taxılın xaricdən gətirilməsinə ehtiyac olacaq. Təbii ki, kəsirin hər zaman qaldığını deyən S.Vəliyev vurğulayıb ki, öz taxıl ehtiyatı ilə Azərbaycan özünü təmin edə bilmir.

"Hər il əlavə taxil xaricdən gətirilir. Yalnız 2009-cu ildə Azərbaycan özünü tam təmin etmişdi. Bu il isə əlavə taxılın gətirilməsinə ehtiyac var. Gələcəkdə məsuldarlığı qaldırsaq, özümüz bu ehtiyacı ödəcəyik. Bu prosesi dövlət yox, şirkətlərin özləri həyata keçirir. Həmin şirkətlərin bir sıra ölkələrin şirkətləri ilə müqaviləsi var və lazım olduqda oradan gətirilir. Dövlət bu işlərə qarışmır. Əgər 300 minə ehtiyac olarsa, 1 milyon ton gətirilir. Azərbaycan demoqrafik ölkədir və lazım olduqda əlavə vəsait ödənilir. Bu, hər il müşahidə olunan bir vəziyyətdir. Ölkələr arasında idxal və ixrac prosesi ilə bağlı müqavilələr var. Əksinə, bunlar bizə xeyirdir və heç bir ziyanı yoxdur", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə