Aqil Dadaşov: “Hələ də bir sıra böyük şirkətlərdə həmkarlar ittifaqı yaratmaq mümkün olmayıb”
\"Xarici şirkətlərdə ən çox hüquq pozuntusu Azərbaycanın milli bayramlarında işçilərin istirahətdən məhrum olması ilə bağlıdır\". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) sədr müavini Aqil Dadaşov bildirib. "Eyni zamanda xarici şirkətlərdə işçilərin məzuniyyətdən istifadə etmək hüququ pozulur və onlara Azərbaycan qanunverciliyində nəzərdə tutulan qədər məzuniyyət verilmir. Bir sıra hallarda isə əmək haqqı düzgün hesablanmır, yəni gecə növbətçiliyi və ya uzadılmış iş rejiminə görə əmək haqqı düzgün hesablanmır"- deyə, o əlavə edib.
Azərbaycanda son bir neçə ildə xarici şirkətlər tərəfindən Azərbaycanın atributlarına hörmətsizlik göstərilməsi, Əmək Məcəlləsinin tələblərinin pozulması kimi böyük problemlər yaşandığını deyən A.Dadaşov həmçinin bildirib ki, hələ də bir sıra böyük şirkətlərdə həmkarlar ittifaqı yaratmaq mümkün olmayıb: "Biz McDonalds restoranlar şəbəkəsində həmkarlar təşkilatı yaratmışdıq və 70-dən çox üzvü var idi. Lakin restoran rəhbərliyi işçilər qarşısında tələb qoyub ki, Həmkarlar İttifaqından imtina etsinlər. Biz hazırda restoran rəhbərliyi ilə məhkəmə çəkişməsindəyik. Bundan əlavə Coca-Cola, Pepsi-Cola kimi nəhəng transmilli kampaniyalarda da həmkarlar ittifaqı yaratmaq mümkün olmayıb".
AHİK rəsmisi həmçinin vurğulayıb ki, hazırda ən böyük mobil operatorlardan olan Bakcell və Azercell böyük işçi qüvvəsinə malik olmasına baxmayaraq onlarla həmkarlar ittifaqının yaradılması istiqamətində danışıqlar hələ də nəticə verməyib.
Qeyd edək ki, bu gün "Həmkarlar İttifaqlarının kompaniyaları və onlara səmərəli informasiya dəstəyi" mövzusunda həmkarlar ittifaqları gənclərin regional konfransı işə başlayıb. Konfransdan öncə tədbir iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub. Sonra Şəhidlər xiyabanında vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsinə ucaldılan "Əbədi məşəl" kompleksi önünə əklil qoyulub. Tədbirdə milli həmkarlar ittifaqı mərkəzlərində həmkarlar ittifaqı kompaniyalarının həyata keçirilməsi ilə bağlı təcrübənin öyrənilməsi və onların effetivliyinin təhlili müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB