İnsan orqanizmi üçün təhlükə mənbəyi olan zərərli maddələrdən hazırlanmış qida məhsulları bu günlə yanaşı, hətta gələcəyimiz üçün də təhlükə mənbəyinə çevrilir. Əhalinin təlabatı olan ərzaqların keyfiyyətsiz məhsullardan hazırlanması və vaxtının keçməsi orqanizmin hansısa üzvünə zərbə endirmiş olur. Bu gün əhalinin təlabatı olan qida məhsulları duz, çörək, dondurma, ət məhsullarından hazırlanmış qidalar insan orqanizminə müxtəlif birləşmələrin qatqısı əlavə olunaraq standart və təlabatlara cavab vermədən satışa buraxılır.
Yay fəsli ilə əlaqədar olaraq bu gün əhali daha çox dondurma və sərinləşdirci içkilərdən istifadə edirlər. Bu məhsulların keyfiyyəti ilə əlaqədar olaraq Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə yaratdıq. O, Azərbaycanda istehsal olunan bir çox ərzaq məhsullarının keyfiyyətinin aşağı səviyyədə olduğunu bildirdi. O, qeyd etdi ki, Azərbaycanda istehsal olunan dondurmaların tərkibinin təxminən 85 faizində kərə yağı əvəzinə bitki yağı, heyvani mənşəli piy, təbii süd əvəzinə isə quru süddən istifadə olunur ki, bu da onun keyfiyyətini aşağı salır. Azad İstehlakçılar Birliyinin sədrinin sözlərinə görə, Azərbaycanda dondurma bazarının 70 faizi beynəlxalq standartlara cavab vermir. Dondurmalar reklamlarda göstərildiyi kimi, heç də təzə inək südündən hazırlanmır. Dondurma yüksək kaloriti olan süd məhsuludur. Onu yeyərkən həmin dəqiqə əriyir. Əslində, dondurmanı yeyərkən o, təzə qaymaq dadı verməlidir. Ə.Hüseynov bildirdi ki, dondurmanın boğazda acılıq verdiyi zaman onun bilmək olur. Tərkibi insan orqanizminə zərər yetirən məhsullardan hazırlanmış dondurmalar xüsusilə, uşaqların gələcək həyatı üçün təhlükə yaratmış olur. Bu gün deyilsə, bir müddət sonra bu hal özünü büruzə verir:\"Dondurmaların yararlıq müddəti ötdükə bu zəhərlənməyə gətirib çıxarır ki, bunun da ağır fəsadları baş verə bilər. Əslində dondurmanın xeyirli cəhətləri tərəfləri çoxdur.\" Araşdırmalardan məlum olur ki, dondurma hər gün istehsalı vacib olan süd və süd məhsulları arasında özünəməxsus yer tutur. Onun tərkibində isə insan sağlamlığı üçün vacib olan A, D, E, C, və B qrupu vitaminlər, həmçinin maqnezium, fosfor, sodium, potasium, dəmir və sink kimi minerallar da mövcuddur. Amma vacib olanı məhsulun necə hazırlanması və satıldığı yerlərdə sanitar qaydalara da düzgün əməl olunmur.
Azad İstehlakçılar Birliyinin sədri qəzetimizə açıqlamasına bildirdi ki, insanların təlabatı olan süd məhsulları isti havalarda daha tez xarab olma ehtimalı var. Bunu nəzərə alsaq, hər birimizin sevdiyi və yay aylarında tez-tez yediyimiz dondurmalar sağlamlığımız üçün zərərli ola bilər. Ən maraqlısı isə bazarda satılan dondurmaların adlarıdır ki, bu da insanı bir az şübhəyə salır. Belə ki, \"Pramida\", "Plombir", \"Turkish\" və s. adlar bu məhsulların yüksək keyfiyyətli mallar olduğunu göstərir və təbii ki, alıcı da belə məhsullara üstünlük verir. Sual doğuran məsələ isə, əcnəbi adlı belə məhsulların harda hazırlanmasıdır. Bu zaman aydın olur ki, belə dondurmalar ölkədə hazırlanır və bu cür adların seçilməsi də, alıcıların marağının artmasına səbəb olur.
AİB sədrinin sözlərinə görə, əslində isə bu dondurmalar yerli sexlərdə, əksər vaxt antisanitar qaydada hazırlanır. Nəzərə alsaq ki, dondurma alanların yüsək faizini uşaqlar təşkil edir, burda da aldatmaq halları daha çox olur. Onun sözlərinə görə, digər məsələ açıq dondurmaların sertifikatının olmamasıdır. Həmin məhsulların sənədləşdirilməməsi, buraxılma tarixinin və yararlılıq müddətinin göstərilməməsi onun keyfiyyətsiz mal olduğuna istinad edir. İstehsalçı istehsal etdiyi məhsulun ömrünü uzatmaq üçün kimyəvi maddələrdən istifadə edir və yararlılıq müddətini uzunmüddətli göstərir. Sadəcə bilmək lazımdır ki, aldığımız dondurmaların ömrünü uzadan kimyəvi maddələr, insanın ömrünü qısaldır. Yararlılıq müddəti keçibsə, dondurmanın üzərində onu istehsal edən şirkətin koordinatları yoxdursa, onu almaq lazım deyil. Azərbaycanda gigiyenik sertifikat ay və il müddətində verilir. Neqativ hallara səbəb olan amillərdən biri də budur.
Qeyd edək ki, istehlakçının hüquqularının qorunması haqqında qanuna əsasən, istehlakçı satıcıdan alınmış malın keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal haqqında satıcının təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Həmin sənəddə göstərilir ki, satıcı istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal haqqında istehsalçının təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Qanundan da göründüyü kimi istehlakçının, yəni alıcının hüquqları qorunur.
Hər bir ölkədə olduğu kimi Azərbaycanda da yay mövsümündə bu məhsulun satış həcmi yüksək həddə çatır. Birliyin sədri dondurmaların bazar qiymətinə gəlincə isə bildirdi ki, daha çox balacaların həvəs göstərdiyi dondrumaların qiyməti bazarda 30 qəpikdən 10 AZN-ə qədər yüksəlir. Onun sözlərinə görə, bulvarda və bir çox yerlərdə dondurmalar olduğundan qat-qat baha satılır. Bunu istehsalçıların hüquqlarının pozulması kimi dəyərləndirən Hüseynov yaxın günlərdə \"Avrasiya\" fondunun maliyyə dəstəyi ilə dondurmaların qiymətlərində endirimlərin edilməsi üçün proqramın həyata keçiriləcəyini bildirdi. Yararlılıq müddətinin bitməsinə az qalmış, son istifadə tarixi, istehsal edildiyi firmanın ünvanı, telefonu göstərilməmiş məhsulları almaq orqanizmə təhlükəlidir.
Bu gün əhalinin daha çox təlabatı olan ət məhsulları və kolbasalara gəlincə isə həmsöhbətimiz bildirdi ki, əgər məhsullar normal şəraitdə hazırlanmayıbsa, həmin məhsullardan müxtəlif mikroblar, infeksiyalar yarana bilər. Keyfiyyətsiz kolbasa məmulatları istehsal edən bir neçə müəssisə aşkarlanıb sıradan çıxarılsa da, yenə də, satışda belə çeşidli məhsullara təsadüf olunur.İstehlak bazarında aparılan monitorinqlər zamanı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi və digər yerlərdə yerləşən müəssisələrdə keyfiyyətsiz məhsullar və antisanitar istehsal şəraiti aşkarlanmışdır. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən istehsalına və satışına qadağa qoyulmuş kolbasa məmulatlarının satışı dayandırılıb. Son günlər istehlakçılar arasında kolbasa və sosiska məhsullarının keyfiyyəti və standarta uyğun olub-olmadığı haqqında müxtəlif fikirlər dolaşmaqdadır. İstehsalı və satışı qadağan olunmuş kolbasa məmulatları sırasında bişmiş hisə verilmiş \"Servelat Moskva\", bişmiş əla növ \"Hind toyuğu\", bişmiş \"Halal\" sosiska, \"Kristal kopçennaya\" sosiskaları, \"Prima\" kolbasaları və s. adını göstərmək olar. Bu və ya digər kolbasa və sosiska növlərinin yoxlama zamanı müəssisədə istehsal edilən yararlılıq müddətinin normativ sənədlərdə müəyyən edilmiş müddətdən artıq göstərildiyi aşkar edilib. Kolbasa məmulatlarının uyğunluq və gigiyenik sertifikatları olmadan istehsal edildiyi, həmçinin kolbasa istehsalı və qablaşdırılmasında mənşəyi bəlli olmayan rəngləyici maddələrdən, qablaşdırma materiallarından istifadə olunduğu da aşkar edilib. Bütün bunlar insan orqanizminə zərbə vuran qida məhsllarıdır ki, alıcı gündəlik qida rasionuna daxil etdiyi məhsulların keyfiyyətinə diqqət yetirməlidir.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB