10 avqust 2011-ci il tarixində Çinin şərqində Tzyansi vilayətində kütləvi zəhərlənmə halı qeydə alınıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, azı 110 nəfər xəstəxanaya yerləşdirilib. Xəstələrin vəziyyəti sabitdir. Aparılan araşdırmalar nəticəsində vilayətin Juyçan şəhərində içməli su borularında xlor və mis qatqısı aşkarlanıb.
İlkin ehtimala görə, mis istehsalı üzrə müəssisənin tullantılarının içməli su borusuna sızması hadisəyə səbəb olub. Hadisə ilə bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB