Rusiyanın Maqadan vilayətində itkin düşmüş \"An-12\" markalı təyyarənin qalıqları aşkarlanıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, aparılan axtarış-xilasetmə işləri nəticəsində 10 avqust 2011-ci il tarixində təyyarənin qalıqları Omsukçan qəsəbəsindən 70 km cənub-qərbdə tapılıb. Təyyarənin göyərtəsində olan 11 nəfərin öldüyü bildirilir.
İlkin ehtimala görə, qəzaya uçuş zamanı təyyarədə yaranmış yanğın səbəb olub. Xatırladaq ki, Maqadan-Çukotka marşrutu ilə hərəkət edən \"An-12\" markalı təyyarə ötən gün Maqadan şəhərinin hava limanında qəza enişi edərkən radarlardan itib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB