Kanadada keçirilən Niaqara Beynəlxalq Musiqi Festivalında bu ölkədə yaşayan azərbaycanlı musiqiçilər də iştirak edib.
Azərbaycanın Kanadadakı səfirliyindən SİA-ya verilən məlumata görə, avqustun 7-də Niaqara şəhərində (Niagara-on-the-Lake) keçirilən festivalda Torontoda yaşayan Azərbaycan icmasının nümayəndələri tərəfindən Azərbaycan xalq musiqiləri ifa edilib. Niaqara Musiqi Festivalı və Azərbaycanın Kanadadakı səfirliyinin dəstəyi ilə keçirilən tədbir çərçivəsində gənc azərbaycanlı rəssam Məryəm Ələkbərlinin əsərlərindən ibarət sərgi də keçirilib.
Niaqara şəhərində avqustun 26-da keçiriləcək Toronto İpək Yolu Kamera Musiqisi Orkestrinin (Toronto Silk Road Chamber Orchestra) konserti zamanı "Beynəlxalq Azərbaycan Muğamı Günü"nün keçirilməsi də planlaşdırılır.
Məlumatda o da qeyd olunub ki, Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyevin Ottavada fəaliyyət göstərən 97.9 FM CHİN radiosunda ölkəmizin mədəniyyəti ilə bağlı müsahibəsi də yayımlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB