2 aprel aksiyası ilə bağlı ittiham olunan 6 nəfərin məhkəməsində şahidlər ifadə verib

2 aprel aksiyası ilə bağlı ittiham olunan 6 nəfərin məhkəməsində şahidlər ifadə verib

Bu gün Səbail rayon Məhkəməsində İctimai Palatanın (İP) bu il aprelin 2-də Bakıda keçirdiyi razılaşdırılmamış aksiya ilə bağlı ittiham olunan 6 nəfərin - Sahib Kərimov, Babək Həsənov, Zülfüqar Eyvazov, Elşən Həsənov, Arif Alışlı və Elnur İsrafilovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Səbail rayon Məhkəməsindən SİA-ya verilən xəbərə görə, prosesdə şahid ifadələri dinlənilib.

Proses avqustun 15-də davam etdiriləcək.

Qeyd edək ki, İP-nın aprelin 2-də keçirdiyi razılaşdırılmamış aksiyada baş verənlərlə bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə cinayət işi başlanıb, 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə