Elçin Mirzəbəyli: “Jurnalistin istənilən formada şantaj dili ilə danışması jurnalistika prinsiplərinə ziddir”-MÜNASİBƏT
Dövləti hər hansısa bir formada təhdid edərək müəyyən məbləğdə pul tələb etmək özünü azad sözün, mətbuatın təmsilçisi hesab edən istənilən bir insanın ləyaqətinə sığışmayan bir addımdır. Bunu SİA-ya açıqlamasında "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bəzi müxalifət jurnalistlərinin hakimiyyətdən 40 min Avro məbləğində təzminat istəməsi, əks təqdirdə Avropa Məhkəməsinə müraciət edəcəkləri ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib. O bildirib ki, bu gün Azərbaycanda obyektiv informasiyanın keşiyində dayanan kifayət qədər jurnalist və mətbuat orqanları var. Onun sözlərinə görə, təbii ki, onlar bu yanaşmanı, mövqeyi özlərinə tənqid hesab edirlər.
Jurnalistin istənilən formada şantaj dili ilə danışmasının jurnalistikanın prinsiplərinə zidd olduğunu deyən E.Mirzəbəyli qeyd edib ki, açıq təhdid, şantaj və bununla bağlı məsələlələr müvafiq hüquqi prosedurlarla tənzimlənir: "Bu baxımdan heasab edirəm ki, məsələnin ictimai qınaq mexanizmləri öz işini görməli və bu ölkədə hər kəs bilməlidir ki, kimliyindən asılı olmayaraq qanun qarşısında cavabdehdirlər. Eyni zamanda, onlar təmsil etdiyi peşənin prinsiplərinə əməl etməlidirlər. Jurnalist də vətəndaşdır və vətəndaş qanun qarşısında nə qədər cavabdehdirsə, jurnalist bir qədər daha artıq məsuliyyət daşıyır. Çünki o sözlə işləyir və bu daha böyük məsuliyyət tələb edir. Təbii ki, bu addımlar qınanmalı, yanlış bir hərəkət, davranış kimi vurğulanmalıdır. Bu sıraya daxil olan insanları, media qurumlarını həvəsləndirən müəyyən naqillər var. Azərbaycanda Kütləvi İnformaisya Vasitələrinə Dövlət Dəstəyi Fondu tərəfindən hər il müxtəlif layihələr həyata keçirir, mətbuatın inkişafı üçün bu istiqamətdə addımlar atılır və nəticədə həmin müxalifət mətbuat orqanları da ən böyük vəsaitlər alırlar. Onların hər birinin tələbi 40 min avrodur. Görünür. bu 40 min rəqəmi onlara daha doğma gəlir. Çünki onlar fondun layihəsindən də 40 min alıblar. Bu 40 min rəqəmi doğma gəldiyi üçün dövlətin humanizm prinsiplərin çıxış edib, mətbuatın inkişafı istiqamətində atdığı addımları nəzərə almayaraq indi isə şantaj yolu seçərək yenidən öz maraqlarını həyata keçirməyə çalışırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB