Jurnalistin qəfil ölümü həmkarlarını sarsıtdı

Jurnalistin qəfil ölümü həmkarlarını sarsıtdı
Ceyhun Nağı. Yaxşı jurnalist, gözəl insan. Bu ad çəkiləndə onun tanıyanların yadına ancaq bu sözlər yada düşür.

Bu gün səhər saatlarında Ceyhun Nağının vəfat etməsi ilə bağlı yayılan xəbərin şokundan hələ də ayılmayanlar var. Eşidənlər inanmaq istəmir. Həmkarları xəbərin yalan olması ümidi ilə bir-birinə zəng edirdi. Ancaq...


"Həftə içi" qəzetinin redaktoru Ceyhun Nağı bu gün səhər saatlarında dünyasını dəyişib. İş yoldaşlarının SİA-ya verdiyi məlumata görə, səhər saatlarında taksi ilə işə gələrkən ürəyində ağrılar başlayıb: "Taksi sürücüsü onu 6 saylı Şəhər Klinik Xəstəxanaya aparıb. Ancaq xəstəxanaya çatmaq mümkün olmayıb. O yoldaca vəfat edib. İnana bilmirik Ceyhun müəllimin ölümünə. Dünən danışıb-gülürdü, bu gün işə də çata bilmədi"


Ailəsinə, bir qızına çox bağlı idi Ceyhun Nağı. Qızının şəkli hər zaman kompyuterinin ön səhifəsində olardı. Sözünün başı axırı gözünün ağ-qarası olan bircə balası ilə bağlı idi. Hər gün işə gələndə onun dediyi sözləri təkrar edir, ürəkdən qəhqəhə çəkib gülürdü. Hamı onun ölümünə nəhayət ki, inana bilsə də, yəqin ki, bu balaca qızcığaz hələ uzun müddət gözlərini qapıya dikib atasının işdən gəlməsini gözləyəcək.

Onunla işlədiyim qısa müddət oldu. Bu müddət ərzində Ceyhun Nağı ancaq gülər üzü, yüksək insani keyfiyyətli, mülayim xarakteri ilə yadımda qalıb. Bütün dostları üçün də o belə idi və belə də qalacaq.

Qeyd edək ki, Ceyhun Nağı uzun illər Azərbaycanın tanınmış mətbuat orqanlarında müxtəlif vəzifələrdə çalışıb. 39 yaşlı həmkarımız anadan olduğu Tovuz rayonuna aparılıb. Jurnalist Tovuzun Cırdaxan kənd qəbiristanlığında mərhum valideynlərinin yanında torpağa tapşırılacaq.


Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com