Ali məktəblərə daxil olan daşkəsənli gənclərlə görüş olub - FOTO
Bu gün Daşkəsən rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkil etdikləri görüş respublikanın ali məktəblərinə qəbul olunmuş gənclərə həsr edilib. Müəllimlər, valideynlər, tələbə adını qazanmış gənclər və rayon ictimaiyyəti fəallarının birgə toplantısını İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev açmış, toplantı iştirakçılarını təbrik edib: "İndi ölkəmizin hər yerində təhsilə böyük diqqət və qayğı göstərilir. Əbədiyaşar ulu öndərimiz Heydər Əliyevin Azərbaycanı xoş gələcəyə aparan müqəddəs ideyaları layiqincə həyata keçirilməkdədir. Prezidentimiz cənab İlham Əliyev çox böyük siyasi ustalıqla iqtisadi kapitalı insan kapitalına yönəldib. Bir daha sizin hamınızı bu gözəl gün münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə həyat uğurları, daha böyük nailiyyətlər arzulayıram.Daşkəsənli gənclərin qazandıqları uğurlar indi hər birimizi çox sevindirir".
Daha sonra icra başçısı diqqətə çatdırıb ki, bu il Daşkəsən rayonu üzrə 191 nəfər məzun mərkəzləşmiş test imtahanlarından müvəffəq qiymət almış, onlardan 98 nəfəri Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasına iş verib: "Həmin gənclərdən 29 nəfəri respublikanın müxtəlif ali məktəblərinə qəbul edilib. Ötən il orta məktəbi qurtaran gənclərdən isə 3 nəfəri bu il ali məktəblərə qəbul olunub. Ötən illə müqayisədə bu il ali məktəblərə qəbul olunan gənclər 7 nəfər çox olub. Sevindirici haldır ki, orta ixtisas məktəblərinə də qəbul olunan daşkəsənli gənclər bu il daha çoxdur.
Rayonumuzun Anar Mürsəlov adına 2 nömrəli şəhər tam orta məktəbindən ali məktəblərə ötən il olduğu kimi bu il də qəbul olunan məzunlar 12 nəfər təşkil edir.
Məhəmməd Peyğəmbər həmişə təhsildən söz düşəndə buyururdu ki, xalqın övladlarına, hər bir ağıl sahibinə 4 şey vacibdir: Elmi eşitmək, onu öyrənmək, yaymaq və ona əməl etmək.
Bütün bu uğurların qazanılmasında bizim müəllimlərin zəhməti, əməyi böyükdür. Haqlı deyirlər ki, dünyanın ən gözəl peşəsi müəllimlikdir. Müəllim sevgidir, sərvətdir, biliyini, ürəyini paylaşmaqdır. Uşağın ilk dəfə həyata baxışını da formalaşdıran müəllimdir.Dünyanın, bəşəriyyətin sevgiyə, səmimiyyətə, müəllim təliminə həmişə ehtiyacı vardır.
Çin atalar sözündə deyilir: "Bir il sonranı düşünürsənsə, düyü ək, on il sonranı düşünürsənsə, ağac ək, yüz il sonranı düşünürsənsə tərbiyəli və elmli nəsil yetişdir".
"Bu gün hər birimiz şahid olaraq görürük ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev iqtisadi kapitalı insan kapitalına yönəltmişdir. Bunu rayonumuzun timsalında daha əyani surətdə hiss edirik. Son 7 ildən bəri rayonumuzda onlarca məktəb, uşaq bağçası tikilmiş, əsaslı təmir olunmuş, müasir avadanlıqlarla təchiz edilmişdir. Rayonumuzda hər 30 şagirdə 1 kompyuter düşür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən rayonumuzdan son 5 ildə 6 nəfər Əməkdar müəllim adına layiq görülmüş, 4 nəfər müəllim "Tərəqqi" medalı ilə təltif edilib.
Təhsil Nazirinin əmri ilə 2 nəfər daşkəsənli müəllim "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilib.
İ. Nəsimi adına 1saylı, A.Mürsəlov adına 2 saylı, N.Nərimanov adına 3 saylı və S.Vurğun adına 4 saylı şəhər orta məktəblərində, həmcinin 2 və 3 №-li uşaq bağçalarında, Uşaq Gənclər İdman Məktəbində müasir istilik sistemi quraşdırılib.
Son 7 ildən bəri təhsilin inkişafına dair ölkəmizdə 15 Dövlət Proqramı qəbul olunub.
Təhsilin problemləri, ailə problemləri, uşaqların tərbiyəsi daim möhtərəm Prezidentimizin diqqət mərkəzində saxlanılır.Təhsilə diqqət və qayğı günbəgün artmaqdadır. Son 7 ildə 2 mindən çox məktəb tikilib.
Azərbaycan Respublikasının Prezidenti son 5 ildə təhsillə bağlı 50-dən çox tədbirdə iştirak edib, 70-dən çox Fərman və Sərəncam imzalayıb, 900-dən çox təhsil işçisini müxtəlif Fəxri adlarla təltif edibdir.
Heydər Əliyev Fondunun Prezidenti,YUNESKO və İSESKO-nun xoşməramlı səfiri,millət vəkili Mehriban xanım Əliyeva ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da təhsilə böyük diqqət və qayğı göstərmişdir. Həmin Fondun hesabına 2 orta məktəb tikilmiş, 1 uşaq bağçası və Uşaq Gənclər İdman məktəbi əsaslı təmir olunub.
Son illərdən bəri rayonun ümumtəhsil məktəblərinin hamısında cari təmir işləri aparılmış, 5 yeni məktəb binası tikilmiş, 9 məktəbdə əsaslı təmir işləri aparılmış, məktəblərdə mövcud ehtiyac və qayğılara diqqət artırılmışdır. Növbəti illərdə məktəb tikintisi və onların lazımi inventar və avadanlıqlarla təminatı həmişəkindən daha çox olacaqdır.
Mən həyat təcrübəsi çox olan bir azərbaycanlı kimi, bir siyasətçi kimi sizə tövsiyə edirəm ki, gələcək həyat yollarınızda Heydər Əliyev siyasətinə daim sadiq qalın. Onun ideyalarına hər zaman, hər yerdə şəxsi nümunənizlə möhkəm ideoloji təminat yaradın. Azərbaycanın xoş gələcəyi ulu öndərin müqəddəs ideyaları ilə bilavasitə bağlıdır" , Ə. Abıyev deyib.
Rayon İcra Hakimiyyəti başçısının giriş nitqindən sonra YAP Daşkəsən təşkilatının sədri Meydanəli Yolçuyev ali məktəblərə qəbul olunan gənclərin adlı siyahısını oxumuş, onlara hədiyyələr təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB