Hacıqabulda baş verən partlayış yerində “Akkord” Korporasiyasının avtomaşını olmayıb

Hacıqabulda baş verən partlayış yerində “Akkord” Korporasiyasının avtomaşını olmayıb

Avqustun 9-da saat 15 radələrində Hacıqabul rayonu ərazisində, Bakı-Qazax yolunun Padarçöl kəndi ərazisindən keçən hissəsində yerləşən "Azpetrol" yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlər və yaralananlar olub.

Qurumun İctimaiyyətlə Əlaqələr və Reklam Departamentinin direktoru Afaq Quliyevanın SİA-ya verdiyi xəbərə görə, mətbuatda yayılan məlumatda yanlış olaraq partlayış nəticəsində ziyan dəyən 8 maşından birinin "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-yə məxsus olduğu bildirilib.

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin rəhbərliyi və bütün kollektiv adından hadisə nəticəsində dünyasını dəyişənlərin ailələrinə başsağlığı verərək və yaralananlara şəfa diləyərək bildiririk ki, partlayış zamanı ziyan dəyən avtomaşınlardan heç birinin Korporasiyamıza aidiyyəti yoxdur və bu barədə yayılan məlumat yanlışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə