“İRƏLİ” İB Park Bulvarda Beynəlxalq Gənclər Gününə həsr olunmuş tədbirlər keçirəcək

“İRƏLİ” İB Park Bulvarda Beynəlxalq Gənclər Gününə həsr olunmuş tədbirlər keçirəcək

12 avqust 2011-ci il tarixində, saat 16:00-da "İRƏLİ" İctimai Birliyi və Park Bulvar alış-veriş mərkəzinin birgə təşkilatçılığı ilə Park Bulvar alış-veriş mərkəzinin I mərtəbəsində Beynəlxalq Gənclər Gününə həsr olunmuş tədbirlər həyata keçiriləcək. "İRƏLİ" İctimai Birliyinin mətbuat katibi Vəfa Rüstəmovanın SİA-ya verdiyi xəbərə görə, tədbir boyu gənclər üçün məhz gənclərin özləri tərəfindən canlı musiqi, Graffity, DJ battle, beatbox, breakdance, fotosessiya, müxtəlif yarışmalar və s. təşkil olunacaq.

Təşkil olunmuş yarışmalarda qalib gələn şəxslərə Park Bulvar AVM-də təmsil olunan məşhur brendlərdən hədiyyələr təqdim olunacaq. Beynəlxalq Gənclər Gününü daha rəngarəng keçirmək istəyən hər kəs tədbirə qoşula bilər.

Qeyd edək ki, Beynəlxalq Gənclər Günü 8-12 avqust 1998-ci ildə Lissabon şəhərində keçirilmiş gənclər nazirlərinin I toplantısında qəbul edilib. Bu münasibətlə bir neçə gün öncədən başlayaraq dünyanın müxtəlif ölkələrində təntənəli mərasimlər təşkil olunur və gənclərin cəmiyyətimizdə oynadığı rol dünya ictimaiyyətinə təşviq edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə