“Həftə içi” qəzetinin redaktoru Ceyhun Nağı dünyasını dəyişib

“Həftə içi” qəzetinin redaktoru Ceyhun Nağı dünyasını dəyişib

"Həftə içi" qəzetinin redaktoru Ceyhun Nağı bu gün səhər dünyasını dəyişib. SİA-nın xəbərinə görə, səhər saatlarında Ceyhun Nağının ürəyində ağrılar səbəbiylə 6 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq jurnalistin həyatını xilas etmək mümkün olmayıb və o xəstəxanada vəfat edib.

Qeyd edək ki, "Həftə içi" qəzetinin redaktoru Ceyhun Nağı uzun illər Azərbaycanın tanınmış mətbuat orqanlarında müxtəlif vəzifələrdə çalışıb. 39 yaşlı həmkarımız ailəli idi və bir qızı var.

Allah rəhmət eləsin.

Bütün xəbərlər Facebook səhifəmizdə