Avtomobilləri istər maye, istərsə də qaz kimi yanacaqlarla təmin edən yanacaqdoldurma məntəqələri "A", yəni partlayış kateqoriyalı ən təhlükəli obyektlər siyahısına daxildir.
Bu səbəbdən də yanacaqdoldurma məntəqələrinin təhlükəsizliyi hər zaman diqqət mərkəzində olmalıdır. Təəssüf ki, bir çox hallarda bu məqamlar unudulur. Nəticə isə böyük faciələrə səbəb olur.
Qeyd edək ki, bu obyektlər Nazirlər Kabineti tərəfindən xüsusi razılıq (lisenziya) verildikdən sonra fəaliyyətə başlayır. Məntəqələr məktəbəqədər uşaq müəssisələrindən, stasionar müalicə obyektlərindən, yaşayış, ictimai bina və qurğuların divarlarından ən azı 50 metr məsafədə tikilib-quraşdırılmalıdır. Bu məsafə yanacaq paylama kolonkalarından və yeraltı maye yanacaq saxlama çənlərindən hesablanmalıdır. Ancaq bu gün fəaliyyət göstərən bir çox yanacaqdoldurma məntəqələri var ki, bu tələblərə riayət olunmur və qanunvericiliyin tələbləri kobud şəkildə pozulur.
Hətta vəziyyət o həddə çatıb ki, real təhlükə mənbəyi olan yanacaqdoldurma məntəqələri yaşayış binalarına bitişik tikilib. Məsələn, Yasamal rayonu ərazisində yerləşən "Günəş petrol\" yanacaqdoldurma məntəqəsi ilə ətraf binalar arasında məsafə addımlarla ölçülə bilər.
Bir müddət əvvəl həmin yanacaqdoldurma məntəqələrinin sökülməsi məsələsi gündəmə gətirildi. Bildirilirdi ki, bu cür məntəqələrinin sayı dəqiqləşdirilərək aidiyyəti qurumlara məlumat veriləcək. Həmin qurumlar bu məsələ ilə bağlı müvafiq qərar qəbul ediləndən sonra təhlükəli hesab edilən yanacaqdoldurma məntəqələri söküləcək. Ancaq vədlər təsdiqini tapmayıb. Bu isə o deməkdir ki, bu cür yanacaqdoldurma məntəqələri təhlükə mənbəyi olaraq qalır və hər hansı bir ehtiyatsızlıq yüzlərlə insanın həyatına son qoya bilər.
Ötən gün Hacıqabul-Padar avtomobil yolunun kənarında baş verən partlayış bir daha yanacaqdoldurma məntəqələrinin real təhlükə mənbəyi olmasını sübut etdi. Baş verən faciə bir neçə insanın həyatına son qoydu.
FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin inspektoru Elçin Xankişiyevin sözlərinə görə, yanacaqdoldurma məntəqələrində yanğın və partlayış təhlükəsinin olmaması üçün aşağıdakı qaydalara riayət olunmalıdır.
Təhlükəsizliyi təmin etmək məqsədilə yüksək gərginlikli, yəni 1000V və daha yuxarı gərginliyə malik elektrik hava xətlərindən yanacaqdoldurma məntəqələrinə qədər olan məsafə 10 metrdən az olmamalıdır. Gərginlik və ya digər parametrlərdən asılı olmayaraq yüksək gərginlikli elektrik hava xətlərinin yanacaqdoldurma məntəqələrinin üzərindən keçməsi qadağandır.
Yanacaqdoldurma məntəqələrinin qoruqların, təbii parkların, nəbatat bağlarının, dendroloji parkların və su qoruyucu zonaların ərazilərində, meşə torpaqları daxil olmaqla şəhərlərin yaşıllıq zonaları ərazisində, hidrometeoroloji stansiyaların mühafizə zolaqlarında, su təchizatı mənbələri və su kəməri qurğuları sahələrinin 1-ci sanitar mühafizə zolaqlarında, kurortların 1-ci sanitar mühafizə zolaqlarında, tarixi və mədəni abidələrin mühafizə zolaqlarında, sürüşmə, qruntların çökmə, sel axını və qar uçqunu zonalarında yerləşdirilməsi qadağandır.
Təcrübə və statistika göstərir ki, yanacaqdoldurma məntəqələrində baş verən hadisələr daha çox istismar qaydalarının pozulması nəticəsində meydana çıxır. Ona görə də yanacaqdoldurma məntəqələrində işə qəbul olunmuş hər bir əməkdaşın ümumi texniki, o cümlədən yanğın təhlükəsizliyi qaydalarını mükəmməl bilməsi çox vacibdir.
Yanacaqdoldurma məntəqələrində sutkalıq mühafizə təşkil edilməlidir. Yanacaqdoldurma məntəqələrində avtomobillərin təmiri üçün zərurət yaranarsa, bu iş paylayıcı kolonkalardan 25 metrdən az olmayan məsafədə həyata keçirilməlidir.
Yanacaqdoldurma məntəqələrində ilkin yanğınsöndürən alət və vasitələr daim normaya uyğun saxlanılmalıdır. Həmin ləvazimatlardan başqa məqsədlər üçün istifadə etmək olmaz.
Yanacaqdoldurma məntəqələrin ərazisi, xüsusən paylayıcı kolonkaların ətrafı daim təmiz saxlanılmalı, avtomobillərə yanacağın doldurulması zamanı neft məhsulları yerə tökülərsə, dərhal təmizlənməlidir. Sərnişin daşıyan avtomobilləri sərnişinlərlə birlikdə yanacaqdoldurma məntəqələrinin ərazisinə buraxmaq, xüsusən də yanacaq doldurmaq üçün qəbul etmək qadağandır. Yanacaq doldurarkən avtomobillərin mühərriki söndürülməlidir. Yanacaqdoldurma məntəqələrində xidmətçilərin geyimlərinin yanacağa bulaşmasına, yanacaqla kirlənməsinə yol vermək yanğın təhlükəsi yarada bilər. Partlayış, yanğın təhlükəli yüklər daşıyan avtomobillərin yüklə birlikdə yanacaqdoldurma məntəqələrinə daxil olması qadağan edilməlidir. Qığılcım söndürən qurğuları olmayan traktorların yanacaqdoldurma məntəqələrində yanacaqla təmin olunmasına icazə verilməməlidir.
Aidiyyəti olmayan təmir işlərinin yanacaqdoldurma məntəqələrində aparılması qadağandır.
Yanacaqdoldurma məntəqələrinə daxil olan və buradan çıxan avtomobillərin yolları biri-biri ilə kəsişməməli, hərəkətin sürəti 20 km/saatı keçməməlidir. Təhlükəsizlik məqsədilə yanacaqdoldurma məntəqələrinin müvafiq yerlərində yol-nəqliyyat nişanları qoyulmalıdır.
Yanacaqdoldurma məntəqələrində yeraltı və yerüstü yanacaqsaxlama çənlərində sızmanı nəzarətdə saxlayan avtomatik sistemin nəzarət lövhəsi fasiləsiz olaraq müşahidə altında saxlanılmalıdır. Yanacaqdoldurma məntəqələrinin ərazisində siqaret çəkilməsi qəti qadağan edilməli və bu ciddi nəzarətdə saxlanılmalıdır.
Yanacaqdoldurma məntəqələrində mobil telefonlardan istifadə olunması da yanğın təhlükəsizliyi qaydalarına ziddir.
Yanacaqdoldurma məntəqələrinin ərazisində yanğınların söndürülməsi üçün daimi su ehtiyatı və müəyyən edilmiş zəruri yanğınsöndürmə avadanlıqları saxlanılmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib
Səhiyyə 15 Oktyabr 15:38Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər
Siyasət 15 Oktyabr 15:25Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq perspektivləri - MƏQALƏ
Siyasət 15 Oktyabr 15:22Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
İqtisadiyyat 15 Oktyabr 15:20“Azərbaycanda İslam ərəb geyimi ilə deyil, milli-mənəvi dəyərlərlə yaşadılır” - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 15:10Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 15 Oktyabr 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 15 Oktyabr 14:50“Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirir” - DEPUTAT
Siyasət 15 Oktyabr 14:40Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
İdman 15 Oktyabr 14:38Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 15 Oktyabr 14:37Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər
Siyasət 15 Oktyabr 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 15 Oktyabr 14:35Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - YENİLƏNİB - FOTOLAR
Siyasət 15 Oktyabr 14:31Gəlin qardaş-qardaşa danışaq... - OKAN MÜDƏRRİSOĞLU YAZIR
Siyasət 15 Oktyabr 14:16“Prezidentin siyasətində milli təhlükəsizlik əsas prioritetdir” - ŞƏRH
Siyasət 15 Oktyabr 14:13“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 15 Oktyabr 14:03AQEM: Azərbaycanın fəal çoxtərəfli diplomatiyası - DEPUTAT
Siyasət 15 Oktyabr 14:02Havanın tez-tez dəyişməsi oynaq xəstəliklərini həqiqətən aktivləşdirirmi? - HƏKİM AÇIQLADI
Səhiyyə 15 Oktyabr 14:00Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
İdman 15 Oktyabr 13:56Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 15 Oktyabr 13:55"Dünyaya açıq gənc nəsil yad təsirlərə qarşı ən etibarlı müdafiədir" - ŞƏRH
Siyasət 15 Oktyabr 13:55Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib
Hadisə 15 Oktyabr 13:53“Son 9 ay ərzində 65 kənddə elektirik xətlərinin yenilmənməsi prosesi tamamilə yekunlaşıb“
İqtisadiyyat 15 Oktyabr 13:51"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 15 Oktyabr 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 15 Oktyabr 13:46“Azərbaycanın iqtisadi potensialı beynəlxalq tərəfdaşlıqları gücləndirir” - DEPUTAT DANIŞDI
Siyasət 15 Oktyabr 13:40"Azərbaycanın müstəqil siyasəti bəzi dövlətlərlə münasibətlərdə gərginlik yaradır" - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 13:36NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Hadisə 15 Oktyabr 13:21BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 15 Oktyabr 13:20Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Siyasət 15 Oktyabr 13:19Borca görə həbs qoyulan avtomobili satmaq və ya başqasına keçirmək olarmı? - HÜQUQŞÜNAS DANIŞDI
Sosial 15 Oktyabr 12:54“ABŞ-da aralıq seçkilər Tramp administrasiyasının siyasi gələcəyinə təsir edə bilər“ - ŞƏRH
Siyasət 15 Oktyabr 12:52Zakir Həsənov qırğız həmkarı ilə əməkdaşlığı müzakirə edib
Siyasət 15 Oktyabr 12:52Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 15 Oktyabr 12:51Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb
İqtisadiyyat 15 Oktyabr 12:50"Vahid məktəbli forması təhsil müəssisələrində bərabərlik anlayışını gücləndirməlidir" - Aygün Bağırlı
Mədəniyyət 15 Oktyabr 12:50Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Siyasət 15 Oktyabr 12:45Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 15 Oktyabr 12:44Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır - Prezident
Siyasət 15 Oktyabr 12:41Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb
Siyasət 15 Oktyabr 12:40Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...
Siyasət 15 Oktyabr 12:12“Azərbaycanda bank sektorunda təmərküzləşmə səviyyəsi son dörd ildə azalıb“ -ŞAHİN MAHMUDZADƏ
Siyasət 15 Oktyabr 11:59“Azərbaycanda əhalinin borc yükü 18,7 faizə yüksəlib“ -ATAXAN HƏSƏNOV
Siyasət 15 Oktyabr 11:54SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 15 Oktyabr 11:51Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
İdman 15 Oktyabr 11:48Özəl xəbərlər
Digər xəbərlər“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54
Redaktorun seçimi
Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
15 Oktyabr 21:52
Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
15 Oktyabr 21:28
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
15 Oktyabr 20:49
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
15 Oktyabr 20:43
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%
Sizin reklam yeriniz

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



