Tarixin bu günü və ya bu günün tarixi

Tarixin bu günü və ya bu günün tarixi

- Süleyman peyğəmbər tərəfindən inşa olunmuş məbəd babil çarı Navuxodonosor tərəfindən yandırılıb (e.ə.422)

- Romada Müqəddəs Lavrenti odda yandırılıb (258)

- Moskvada Novodeviçi qadın monastrı yaradılıb (1524)

Sultan IV Murad İrəvan qalasını tutub (1634)

- Parisdə Luvr Muzeyi açılıb (1793)

- İtalyan siyasi xadim Kamillo Kavur anadan olub (1810)

- Məşhur Naxçıvan xanları sülaləsinin axırıncı-altıncı generalı, görkəmli hərbi xadim, general Cəmşid Naxçıvanski anadan olub (1895)

- Paris metrosunun 2-ci xəttində baş verən yanğın nəticəsində 94 nəfər həlak olub. Bu hadisə tarixə ilk metro qəzası kimi düşüb (1903)

- Azərbaycan xalq rəssamı Kazım Kazımzadə anadan olub (1913)

- İkinci Balkan müharibəsi Buxarest sülhü ilə başa çatıb (1913)

- Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycan SSR-in rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxarıb (1920)

- Müğənni Qəndab Quliyeva anadan olub (1949)

- ABŞ-ın müdafiə nazirliyi - Pentaqon yaradılıb (1949)

- Amerikalı aktrisa Rozanna Arkett anadan olub (1959)

- İspan aktyor Antonio Banderas anadan olub (1960)

- İrland futbolçu Roy Kin anadan olub (1971)

- Türk futbolçusu İlhan Mansız anadan olub (1975)

- Ermənilər Xanlar (indiki Göygöl) rayonu ərazisində Tiflis-Ağdam avtobusunda terror aktı törədib. Nəticədə 17 insan həlak olub və 15 nəfər yaralanıb (1990)

- Erməni terrorçu dəstələrinin Tbilisi-Ağdam marşrutu ilə işləyən sərnişin avtobusunu partlatması nəticəsində 20 nəfər həlak olub, 30 nəfər yaralanıb (1990)

- Litva prezidenti Valdis Zatlers Azərbaycana rəsmi səfərə gəlib (2009)

- Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına terror və donuz qripi təhlükəsi ilə əlaqədar olaraq İndoneziyaya getməməyi tövsiyə edib (2009)


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com