Bakı İstintaq Təcridxanasında saxlanılan şəxslərlə görüş keçirilib
Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçiriblər. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, onlar istintaq altında olan bir sıra şəxsləri qəbul edib və təkbətək söhbət aparıb, hüquqlarını izah ediblər.
İstintaq Təcridxanasında saxlanılan Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və digər istintaq altında olan şəxslərlə söhbət zamanı onlar saxlanma şəraitindən və müəssisə əməkdaşlarının rəftarından şikayət etməyiblər. Eyni zamanda, saxlanılanların bəziləri barələrində aparılan istintaqdan narazı olduqlarını bildiriblər.
İstintaq Təcridxanasının rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB