Çingiz Bayramov: “Müalicəvi turizmin inkişafı turistlərin ölkəmizə axınını artıra bilər”-MÜSAHİBƏ
Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramovun SİA-ya müsahibəsi:
- Müalicəvi turizmin inkişafı ilə bağlı yeni layihəyə başlamısınız. Bu layihəni həyat keçirməkdə məqsəd nədən ibarətdir?
- Hamıya məlumdur ki, 2011-ci il ölkə prezidenti tərəfindən Turizm ili elan edilib. Türkiyə Universitetləri Məzunları İctimai Birliyi olaraq bu il öz töhfəmizi verməyə çalışdıq. Azərbaycanda turizmin çox böyük potensialı var. Biz daha çox müalicəvi turizmə xüsusi diqqət yetiririk və bunla bağlı layihə hazırlayaraq QHT-lərə Dövlət Dəstəyi Şurasına müraciət etdik. Ölkədə müalicəvi turizmin əhəmiyyətinə diqqət yetirərək Şura tərəfindən bu layihə təsdiqlənib. Azərbaycanın Naftalan bölgəsində uzaq Sibirdən tutmuş Moskvaya qədər, hətta Şərqi Avropa ölkələrindən həm istirahət etməyə, həm də müalicəvi şəfa tapmağa gəlirlər. Bu istirahət kompleksi bu gün daha da gözəlləşir, önəmi artır, müalicəvi diaqnoztik avadanalıqlarla təmin olunur, eyni zamanda, orada həkimlər peşəkar fəaliyyət göstərirlər. Bu gün biz Naftalan neftinin turizm əhəmiyyətini dünyaya tanıtmalıyıq ki, insanlara şəfa verən belə bir ocağımız var. Tək Naftalan deyil, Masallının İstisu, Naxçıvanın Duz mədənləri kimi müalicəvi və şəfalı turizim bölgələrimiz var. Burada insanlar hələ tam bəlli olmayan xəstəliklər müalicə olunur. Bu gün Azərbaycanda səhiyyə sistemi yüksək səviyyədə inkişaf edir. Bizim məqsədimiz ölkəmizi, gözəl məkanlarımızı, həkimlərimizi bütün dünyaya tanıtmaqdan ibarətdir. Hesab edirəm ki, bu kimi müalicə mərkəzlərinin bütün dünyaya tanıdılması bizim təşkilat kimi digərlərinin də mühüm vəzifəsi olub. Bu yaxınlarda ölkədə fəaliyyət göstərən turizim şirkətləri ilə dəyirmi masa keçirməyi planlaşdırırıq. Bu da insanları maarifləndirmək, onları həmin ərazilərə apararaq həmin yerlərin gözəlliyini onlara göstərməkdən ibartədir. Bu mərkəzlər həm insanların istirahəti, həm də şəfa tapması üçün mühüm əhəmiyyətə malikdir. Bu mərkəzlərdən əlavə Azərbaycanın təbii suları, bulaqları var ki, onlar da mühüm müalicəvi əhəmiyyətə malikdir. Belə olduğu halda niyə biz onlardan yararlanmayaq? Bunların Azərbaycanda tanıdılmasından sonra qardaş Türkiyədə insanlara bu barədə məlumat vermək və müalicəvi turuzmin əhəmiyyəti barədə onları maarifləndirmək qarşıda duran əsas məsələlərdən biridir. Mən hər kəsi müalicəvi turizmdən yararlanmağı, o yerlərə gedərək təbii şəfa tapmağı arzulayıram.
- Belə layihələrin həyat keçirilməsi müalicəvi turizmin sonrakı inkişafına hansı töhfələri verə bilər?
- Bu Azərbaycanda keçirilən ilk layihədir. Təbii ki, biz də bunu elə təşkil etməliyik ki, kimsə bundan nümunə götürə bilsin. Bu turistlərin ölkəyə cəlb olunmasının artırılmasına səbəb ola bilər. Azərbaycana nə qədər çox turist gəlirsə, ölkə daha yaxından tanınar. Azərbaycanın haqlı gerçəklərini öz gözləri ilə görürlər. Azərbaycan xalqı qonaqpərvər bir xalqdır və buna görə də onun evində hər zaman çoxlu sayda qonaq olur.
- Azərbaycanda müalicəvi turuzmin tanıdılması istiqamətində daha hansı işlər görülüb?
- Özəl sektorun bu işə cəlb olunması bu sahədə daha çoxdur. QHT-lərə maddi dəstəyin verilməsi, eləcə də KİV-rə özəl sektorun dəstəyi lazımdır ki, bunların tanıdılması istiqamətində müəyyən işlər görsün. Mən inanıram ki, özəl turizm şirkətləri turizmin inkişaf etdirilməsində KİV-lərə və QHT-lərə maddi dəstək verəcəklər. Bununla da onlar həm əlavə pul qazanacaq, həm də Azərbaycan turizmini bütün dünya ölkələrinə tanıdacaqlar.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB