Son 20 ildə Azərbaycan əhalisi 24 faiz artıb

Son 20 ildə Azərbaycan əhalisi 24 faiz artıb

Son 10 il ərzində Azərbaycan əhalisinin sayı 11,2 faiz, ötən 20 il ərzində isə 24,4 faiz artaraq 9 111,1 min nəfər təşkil edib.

Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, əgər 1991-ci ildə ölkə əhalisinin sayı cəmi 7 324,1 min nəfər idisə, sonra 10 il ərzində bu göstərici 11,8 faiz artaraq 2001-ci ildə 8 191,4 min nəfərə, sonrakı dövrdə isə daha 24,4 faiz artaraq 2011-ci ildə 9 111,1 min nəfərə çatıb.

Qeyd edək ki, cari ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 53,5 min nəfər və yaxud 0,6 faiz artaraq iyul ayının 1-nə 9 164,6 min nəfərə çatıb.

Əhalinin sıxlığı 1 kv. kilometrə 106 nəfər olub. Əhalinin 49,6 faizini kişilər, 50,4 faizini isə qadınlar təşkil edir ki, hər 1 000 nəfər kişiyə 1 017 nəfər qadın düşür.

Bütün xəbərlər Facebook səhifəmizdə