Bakı Zooloji parkına yeni heyvanlar gətirilib. Bunu SİA-ya açıqlamasında Zooloji parkın direktoru Azər Hüseynov bildirib.
Onun sözlərinə görə, tək bu il yox, ötən illərdə də buraya yeni heyvanlar gətirilib: "15 il bundan əvvəl 60 növ, 200 baş heyvan gətirilib, indi isə 150 növdən çox 1200-ə yaxın sürünənlər, quşlar, balıqlar gətirilib. Sonuncu artırılan heyvan pulla deyil, mübadilə yolu ilə həyata keçirilir".
Zooloji parkın direktoru onu da vurğulayıb ki, yeni gətirilən heyvanlar Çexiyanın Zooloji parkı ilə imzalanan müqavilə ilə olub: "Belə ki, 8 növ heyvan gətirilir ki, bunlardan 7 növü quş, bir növü isə ilandır. Bu günə ilan növü gətirməli idi, ancaq çex həmkarlarımızla belə qərara gəldik ki, avqustun 11- də ilan zooloji parka gətiriləcək. 3 növ ilan və bir növ isə tutuquşu növü olan razella gətirilməlidir. Qara qu, şah tutuquşu və digər növlər isə artıq gətirilib. Düşünürəm ki, parkımızda kifayət qədər quşlar, sürünənlər, məməli heyvanlar mövcuddur".
Daha sonra Abşeron rayonunun ərazisində yeni Zooloji Parkın tikintisi ilə bağlı suala gəlincə isə direktor qeyd edib ki, həmin ərazi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olduğundan bu barədə heç nə deyə bilməz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB