Duru yağların qiymətinin qalxmasında kim daha çox məsuliyyət daşıyır?-ARAŞDIRMA
Bu günlərdə insanların ən çox şikayət etdiyi məsələlərdən biri də yağların qiymətinin artması ilə bağlıdır. Bu artım daha çox yerli istehsal məhsulu olan duru yağlarda özünü büruzə verir. Hətta bu gün vəziyyət elə gətirib ki, ölkəyə gətirilən xarici məhsullar yerli istehsal məhsulundan ucuz başa gəlir.
Qiymətlərdə ümumilikdə 20-30 qəpik bahalaşma müşahidə olunur. Paytaxtda mövcud olan marketlərə baş çəkdikdə bu artımı hiss etmək mümkündür. 2 manat 30 qəpiyə olan yağların qiyməti 2 manat 60 qəpik olub. Duru yağların qiyməti bu gün 1 litri 2 manat 50 qəpikdən başlayır. 5 litrlik duru yağlar 13 manat 30 qəpikdir.
Satıcılar duru yağlarda mövcud olan qiymət artımının səbəbini yağları paylayan firmalarda görüblər. Onlar satıcıların öz narazılıqlarını bildirdiklərini və onları başa düşmədiklərini söyləyirlər.
Alıcılar da duru yağların qiymətinin bahalaşmasına öz narazılıqlarını bildiriblər.
Bir neçə gün öncə "Azersun Holding"in müşaviri Savaş Gürpinar mətbuata verdiyi açıqlamada dünya bazarında günəbaxan yağının 1 tonunun qiymətinin 850 dollardan 1350 dollara kimi, yəni 58% artdığını deyib. O bildirib ki, bunun nəticəsində "Azersun"un istehsal etdiyi duru yağların qiyməti 8-13% artıb.
Məsələyə aydınlıq gətirmək üçün İqtisadi İnkişaf Nazirliyi ilə əlaqə saxlamağa çalışdıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev SİA-nın telefonuna cavab versə də işdən kənarda olduğunu və məsələ ilə bağlı hər hansı bir münasibət verə bilməyəcəyini deyib: "Açıqlama vermək üçün gərək məsələni araşdırım, müvafiq insanlarla əlaqə saxlayıb sonra münasibət bildirim. Ancaq indi işdən və şəhərdən kənarda olduğum üçün bunu edə bilməyəcəm". Daha sonra Abbas Əliyev məsələyə aydınlıq gətirmək üçün İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində Zahid müəllimlə əlaqə saxlamağı söylədi. Lakin Zahid müəllimin köməkçisi onun mətbuata çıxmadığını və bütün suallara nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin açıqlama verdiyini söyləyib. Zahid müəllimlə iki dəfə əlaqə saxlasaq da eyni cavabı aldıq.
Bu məsələdə bilavasitə cavabdeh olan İqtisadi İnkişaf Nazirliyi inanırıq ki, yaxın zamanlarda insanların şikayətlərinə cavab verəcək. Hər halda hər hansı bir məhsulun satış qiymətini artırmamışdan öncə insanların maddi durumu nəzərə alınsa, daha yaxşı olar. Bu məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini almağa hazırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB