Araz Əlizadə: "Mən mütriflərə baş qoşmuram" - MÜSAHİBƏ

Araz Əlizadə: "Mən mütriflərə baş qoşmuram" - MÜSAHİBƏ

Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə eks-prezident Ayaz Mütəllibovun Bakıya qayıdışı ilə bağlı SİA-nın suallarını cavablandırır.

- Araz bəy, məlum olduğu kimi Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun oğlunun yas mərasiminə qatılmaq üçün 19 ildə sonra Bakıya qayıdıb. Bəs nədən bəzi dairələrdə bu məsələyə siyasi mahiyyət qatmaq niyyəti güdürlər?

- Azərbaycan eks-prezideenti ASDP-nin həmsədri Ayaz Mütəllibovun 19 ildən sonra vətənə qayıdışı onun oğlunun vəfatı ilə bağlıdır. Bilirsiniz ki, A.Mütəllibov artıq neçə ildir ki, Moskvada yaşayır. Məncə bunun siyasətə heç bir dəxli olmamaladır. İnsanın dərdi var. Allah Prezidentimiz İlham Əliyevin Canını sağ eləsin. Bu böyüklükdə hümanist addım atıb icazə verib ki, Ayaz Mütəllibov gəlib oğlu ilə vidalaşsın. Buna isə siyasi qiymət vermək, sadəcə olaraq şouya çevirmək əxlaqsızlıqdır. Başa düşmək olmur ki, bəzi insanların işləri-gücləri qurtarıb ki, onlar belə həssas məsələlərlə müdaxilə etmək istəyirlər. Kiminsə bir əzizi dünyasını dəyişdikdə bunu siyasiləşdirməyin nə adı var ki, mən anlaya bilmirəm.

- A.Mütəllibov hələki, Bakıda qalacaq yoxsa, yenidən Moskvaya qayıdacaq?

- Bu barədə hələlik heç bir söhbət yoxdur. Yas mərasimi bitdikdən sonra bu barədə konkret bir söz demək mümkün olacaq.

- Sizcə onun yekun qərarı nədən ibarətdir, bundan sonrakı işi nədən ibarət olacaq?

- A.Mütəllibov oğlunun yasına gəlib. Xalqımızın adəti-ənənəsi var. Ona görə də, A.Mütəllibov hazırda Bakıya siyasətlə məşğul olmağa gəlməyib. O Bakıya öz dərdini ailəsi ilə bölüşmək üçün gəlib. Kimsə bunu başqa cür yozursa bu həmin adamların problemidir.

- A.Mütəllibovun qarşılınmasında şeyx Əbdül də iştirak etdi. Əvvəldən də iddia edirdi ki, qarşılanma prosesini aparacaq. Amma bunun əksi olaraq biz sizi bu qarşılanma prosesində əsas rolda gördük...

- Mən mütriflərə baş qoşmuram.

- Amma o hər halda, orada oldu...

- O Ayaz bəyə nə yaxınlaşdı, nə də ki, bir addım atdı. Dayanmışdı jurnalistlərin yanında. Ayaz bəyi, oğlu, gəlini, nəvələri və mən qarışılamışam.

- Siz dünən 21:00-dan sonra məlumat verəcəyinizi bildirmişdiniz. Amma bu belə olmadı?

- Mən heç kəsə heç nə deməmişəm. Sadəcə olaraq demişəm ki, kim istəyirsə, saat 21-dən sonra məlumat ala bilər. Elə də etmişəm, həmin vaxtdan sonra kim mənimlə əlaqə saxlayıbsa, ona lazım məlumatı vermişəm.

Tapdıq Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə