Gəncənin avtomobil yollarında tıxac problemi aradan qaldırılır

Gəncənin avtomobil yollarında tıxac problemi aradan qaldırılır

Gəncənin avtomobil yollarında tıxac probleminin aradan qaldırılması istiqamətində yeni tədbirlər planına start verilib. Layihəyə əsasən yolların genişləndirilməsinə başlanılıb. Bununla da avtomobil yollarında mövcud olan tıxac problemi aradan qaldırılacaq, eyni zamanda sərnişinlərin təhlükəsizliyi gücləndiriləcək. Aparılan rəsmi araşdırmaların nəticələrinə görə, bu gün Gəncə şəhərində avtomobillərin sayı ötən illərlə müqayisədə iki dəfə artıb. İlkin mərhələdə Gəncənin əsasən mərkəzində yerləşən avtomobil yolları genişləndirilir. Sonrakı dövrdə isə ara küçələrdə və prospektlərdə olan avtomobil yollarında analoji tədbirlər aparılacaq.

İşlərin dəqiq nə vaxt yekunlaşacağı dəqiq bilinmir. Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin baş mühəndisi İsmayıl Daşdəmirov SİA-nın bölgə müxbirinə bildirib ki, yol infrastrukturunda müəyyən əlavələr nəzərdə tutulduğundan işlərin nə zaman başa çatacağı dəqiq bilinmir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə