Sabah hava qeyri-sabit olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 10-da hava şəraiti qeyri-sabit keçəcək, arabir yağış yağacaq, sonrakı günlərdə əsasən yağmursuz keçəcəyi gözlənilir: "Hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 18-22 dərəcə, gündüz 25-29 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq. Rayonlarında sabah şimşək çaxacaq, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23 dərəcə, gündüz 26-31 dərəcə, dağlarda gecə 10-15 dərəcə, gündüz 15-20 dərəcə isti təşkil edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə