Vərəmin profilaktikası və tütündən istifadənin zərərləri ilə bağlı əhali arasında maarifləndirmə tədbirləri keçiriləcək. Bu məqsədlə Səhiyyə Kommunikasiyası Assosiasiyası 3 növ kommunikasiya materialları (kitabarası nişan, liflet, poster) hazırlayaraq yayacaq. Assosiasiyadan verilən məlumata görə, vərəmin profilaktikası və tütündən istifadənin zərərləri ilə bağlı kommunikasiya materiallarının hazırlanması" layihəsi çərçivəsində həyata keçiriləcək. Vərəmin profilaktikası ilə bağlı 5000 ədəd kitabarası nişan (orta məktəb şagirdləri üçün nəzərdə tutulub ), 2000 ədəd liflet, 1000 ədəd poster, tütündən istifadənin zərərləri ilə bağlı 5000 ədəd kitabarası nişan, 2000 ədəd liflet, 1000 ədəd poster hazırlanacaq. Ümumilikdə layihə çərşivəsində 16000 ədəd kommunikasiya materialı Bakı şəhərində və regionlarda yayılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB