“İRƏLİ Urban Art” klubu yaradılıb

“İRƏLİ Urban Art” klubu yaradılıb

Klubun yaranmasında əsas məqsəd cəmiyyətdə Urban Art-a olan marağı olan yaradıcı və bacarıqlı gənclərin aşkarlanması, onların fəaliyyətlərinin dəstəklənməsi və adı çəkilən üslubun daha istiqamətlənmiş və məqsədyönlü şəkildə inkişafına zəmin yaratmaqdan ibarətdir.

"İRƏLİ" İctimai Birliyinin mətbuat katibi Vəfa Rüstəmovanın SİA-ya verdiyi xəbərə görə, müasir ölkələrdə şəhər mədəniyyətinin tərkib hissəsi olan "Urban Art" Azərbaycanda müasir incəsənətin təşkilində və onun gələcək inkişafında əvəzsiz rol oynayacaq.

"İRƏLİ Urban Art"ın əsas fəaliyyət istiqamətləri aşağıdakılardan ibarət olacaqdır:

Graffiti

Street art

Parkur

Breakdance

Beatbox

Klubun yaranması gənclərin asudə vaxtının təmini və fərdi bacarıqların təkmilləşməsi baxımından faydalı olacaq.

"İRƏLİ Urban Art" yaxın zamanlarda üzvlərin qəbulunu elan edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə