ETSN-in “Qaynar xətt”inə 120 müraciət daxil olub

ETSN-in “Qaynar xətt”inə 120 müraciət daxil olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Qaynar xətt"i (539-18-63, 538-13-35) 24 saat fəaliyyət göstərir. Nazirlikdən SİA-ya verilən məlumata görə, qaynar xəttə ölkə ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji tarazlığın qorunması, ekoloji qanun pozmaları və digər ekoloji hallar barədə müraciətlər qəbul edilir.

Ötən ay ETSN-in "Qaynar xətt"inə 120 müraciət daxil olub. Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb. Ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş 34 müraciət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq 10 şikayət üzrə fakt təsdiqlənib və qanunamüvafiq tədbirlər görülüb. 18 müraciət isə öz təsdiqini tapmayıb, 6 müraciət icradadır.

Ağacların aşma təhlükəsinin olması ilə əlaqədar daxil olmuş 62 müraciətdən 59 - na yerində baxış keçirilərək təhlükə yaradan ağaclarla bağlı müvafiq rəy və təkliflər verilib, 1 müraciət əsassız hesab edilib, 2 müraciət isə icradadır. Məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, səs-küy, elektromaqnit şüalanma, faunanın mühafizəsi və meşə fondu torpaqlarının zəbt olunması ilə əlaqədar daxil olmuş 24 müraciətdən 3-ü ilə bağlı qanunamüvafiq tədbirlər görülüb, 4 müraciət icradadır. 17 müraciət isə Nazirliyin əməkdaşları tərəfindən keçirilmiş monitorinqlər zamanı öz təsdiqini tapmayıb. Həmin ərazilər nəzarətə götürülüb.

Araşdırmalar zamanı daxil olan müraciətlərin əksəriyyətinin şəxsi xarakterli olduğu və fərdi konfliktləri həll etmək məqsədi daşıdığı məlum olub.



Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com