İyul ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə 120 müraciət daxil olub. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib. Daxil olan müraciətlər nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb.
Belə ki, ağacların kəsilməsi ilə əlaqədar daxil olan 34 müraciət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq 10 şikayət üzrə fakt təsdiqlənib və qanunamüvafiq tədbirlər görülüb. 18 müraciət öz təsdiqini tapmayıb, 6 müraciət isə icradadır.
Ağacların aşma təhlükəsinin olması ilə əlaqədar daxil olan 62 müraciətdən 59-na yerində baxış keçirilərək təhlükə yaradan ağaclarla bağlı müvafiq rəy və təkliflər verilib, 1 müraciət əsassız hesab edilib, 2 müraciət isə icradadır.
Məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, səs-küy, elektromaqnit şüalanma, faunanın mühafizəsi və meşə fondu torpaqlarının zəbt olunması ilə əlaqədar daxil olan 24 müraciətdən 3-ü ilə bağlı qanunamüvafiq tədbirlər görülüb, 4 müraciət icradadır. 17 müraciət isə Nazirliyin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı öz təsdiqini tapmayıb və həmin ərazilər nəzarətə götürülüb.
Araşdırmalar zamanı daxil olan müraciətlərin əksəriyyətinin şəxsi xarakterli olduğu və fərdi konfliktləri həll etmək məqsədi daşıdığı məlum olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB