Sabah yağış yağacaq
Yaxın 2 gün ərzində Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü və avqust ayı üçün nisbətən sərin hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir. Bu barədə məlumatı SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verildi. Qurumdan bildirildi ki, Bakıda və Abşeron yarımadasında avqustun 09-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.
Havanın temperaturu gecə 18-22 dərəcə, gündüz 25-28 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq.
Rayonlarında sabah şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23 dərəcə, gündüz 26-31 dərəcə, dağlarda gecə 9-14 dərəcə, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə