Ağstafa rayonunun Saloğlu və Poylu kəndləri minadan təmizlənib

Ağstafa rayonunun Saloğlu və Poylu kəndləri minadan təmizlənib
ANAMA-dan SİA-ya verilən məlumata görə, ölkənin şimal-qərbində, Ağstafa rayonunun Saloğlu və Poylu kəndlərində yerləşən keçmiş Sovet hərbi bazaları, 1991-ci ildə sovet ordusu bu regionu tərk edən zaman dağıdılmış və nəticədə böyük bir ərazi partlamamış hərbi sursatlarla (PHS) çirklənib. ANAMA-NATO/NAMSA-nın Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu ilə birgə əməkdaşlığı sayəsində qeyd olunan ərazini təmizləyərək tam təhlükəsiz halda təhvil verib. Beş ildən artıq bir dövrdə həyata keçirilən Saloğlu Layihəsi çərçivəsində 5 683 769 kv.m yerüstü və eyni qədər yeraltı təmizləmə əməliyyatları həyata keçirilib. 640 mindən artıq sursat tapılıb, təhlükəsiz qaydada zərərsizləşdirilib. ANAMA - NATO/NAMSA əməkdaşlığının davamı kimi ANAMA 64 milyon kvadrat metrlik Ceyrançöl Layihəsinin 19 milyon kvadrat metrlik birinci fazasının bu ilin sonlarına başlanmasını planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə