Ötən ay 483 PHS, 9 ədəd tank/4 ədəd piyada əleyhinə mina zərərsizləşdirilib
2011-ci ilin iyul ayı ərzində 2 mina/PHS hadisəsi qeydə alınıb. ANAMA-nın mətbuat xidmətinin rəhbəri Səbinə Sərkərovanın SİA-ya verdiyi məlumata görə, bunlardan biri Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndə baş verib: "Kəndən keçən Tovuz çayına ermənilər tərəfindən atılmış "itəbənzər" partlayıcı qurğu Elsevər Həsən oğlu Cəfərov və Aygün Zirəddin qızı Şahmalıyeva tərəfindən tapılaraq evə gətirilib. Evdə oynayan zaman Aygün Şahmalıyeva oyuncağı masanın üstünə vurub və nəticədə partlayış baş verib. Partlayış nəticəsində 1998-ci il təvəllüdlü Şahamalıyeva Aygün Zirəddin qızı həlak olub, anası 1979-cu il təvəllüdlü Şahamalıyeva Elnarə Məmmədtağı qızı isə bud nahiyəsindən ağır xəsarət alıb.
2-ci hadisə Tərtər rayon istiqamətində baş verib. 2010-cu ildə Sabirabad rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılmış 19 yaşlı Hasil Sərxanov 28 iyul 2011-ci ildə, qoşunların təmas xəttində hərbi tapşırığı yerinə yetirərkən piyada əleyhinə mina partlayışına düşərək xəsarət alıb".
S.Sərkərova ötən ay 2, 232, 269 kvadrat metr ərazi yoxlandığı, mina və partlamamış hərbi sursatdan (PHS) təmizləndiyini dedi: "483 PHS və 9 ədəd tank/4 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda 480 nəfər minaaxtaran mütəxəssis və 120 nəfər yardımçı heyət iştirak edib. Əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 32 minaaxtaran it iştirak edib. İndiyədək cəmi 167, 029, 079 kvadrat metr ərazi təmizlənib . Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 662, 466-dur. Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcəbədi, Füzuli, Goranboy, Tərtər, Yevlax eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB