Nadir Əzməmmədov: \"Azərbaycan Dəmir Yolları” QSC havaların isti keçməsi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib\" - AÇIQLAMA
Yay fəsli ilə bağlı" Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (
Onun sözlərinə görə, sərnişinlərin və hərəkətdə olan qatarların təhlükəsizliyini təmin etmək məqsədi ilə bir sıra tədbirlər həyata keçirilir: "Bunlardan biri də qurumumuzun tərkibində fəaliyyət göstərən müvafiq departamentdir ki, yollara gün ərzində 3 dəfə baxış keçirir. Dəmir yolu elementləri yoxlanılır. Relsə çıxmamışdan əvvəl vaqonların istilik sistemləri yoxlanılır, daha sonra qatarlar tam hazır şəkildə relsə buraxılır. Bütün lazımi tədbirlər görülür ki, yollarda heç bir təhlükəli hadisə baş verməsin".
Yay fəsli ilə bağlı sərnişinlərin sayında artımın olduğunu deyən N. Əzməmmədov bildirib ki, turizm şirkətlərinin quruma təklifləri olub: "Biz də onların müraciətlərini qəbul edib sərnişinlərin gedişini təşkil edirik. Təbii ki, yayda gediş- gəliş nisbətən çoxalır. Bununla əlaqədar olaraq da əlavə vaqonlar qoşaraq sıxlığı aradan qaldırırıq. Ölkə daxilində və şimal istiqamətində istirahətə gedənlərin sayında artım var. Baxmayaraq ki, ölkədaxili qatarlara əlavə vaqonlar qoşa bilirik, ancaq beynəlxalq gedişlərdə isə nə qədər bilet varsa o qədər də sərnişin qəbul edə bilirik".
"Ölkə daxilində biletlər tarif şurasının təsdiq etdiyi qiymətə satılır. Beynəlxalq qatarlarda, yəni Moskvanın dəyişən tarif sisteminə uyğun olaraq bilet satışını həyata keçiririk. Beynəlxalq qatarlara yalnız Rusiya, Azərbaycanda isə tarif şurasının qəbul etdiyi qiymətlərə əsasən bilet satışı həyata keçirilir",- deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB