Göygöl meşələrində monitorinqlər başlayıb

Göygöl meşələrində monitorinqlər başlayıb

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Göygöl rayonunda monitorinqlərə başlayıb. FHN-in Gəncə Regional Bazasından SİA-nın bölgə müxbirinə bildirilib ki, yoxlamalar əsasən yay aylarında əhalinin üz tutduğu Toğana meşələrində təşkil olunur. Əsas məqsəd vətəndaşların yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirilməsidir. Araşdırmalar göstərib ki, aparılan qabaqlayıcı tədbirlərə baxmayaraq, yenə də ərazidə ocaq izlərinə rast gəlinir. Belə şəxslər tapıldıqda onlara qarşı protokol tərtib ediləcək və bu şəxslər qanun çərçivəsində cərimələnəcək. Ümumilikdə isə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları respublikanın 9 rayonunda analoji reydlər keçirir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə