Gəncə şəhər Su Kanal Törəmə Səhmdar Cəmiyyəti növbəti reydlərə başlayıb. Qurumdan SİA-nın bölgə müxbirinə verilən məlumata görə, monitorinqlər zamanı su pulunu ödəməyən abonentlərin suları kəsilir. İlkin mərhələdə təxminən 5 iri qəsəbədə reydlər aparılır. Araşdırmalar göstərir ki, bəzi abonentlər qeydiyyatda olan ailə üzvlərinin sayını gizlətməklə məşğuldur. Artıq belə abonentlərin sayı dəqiqləşdirilib və onlara qarşı ciddi tədbirlər görüləcək. Statistik rəqəmlərə görə Gəncədə əhaliyə verilən suyun müqabiləsində cəmi 30 % yığım əldə olunur.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB