Yayda hansı qidalardan çəkinmək məsləhətdir?-ARAŞDIRMA

Yayda hansı qidalardan çəkinmək məsləhətdir?-ARAŞDIRMA
Daşkəsən rayonunun Bayan kəndində keçirilən nişan mərasimində 54 nəfərin zəhərlənməsindən sonra Səhiyyə Nazirliyi yanında Respublika Gigiyena və Epidemiologiya Mərkəzi əhaliyə müraciət edib. Qurumun şöbə müdiri İmran Abdullayev yay aylarında keçirilən kütləvi mərasimlərdə diqqətli olmağı, hazırlanan qidaların saxlanılmasına fikir verməyin vacib olduğunu bildirib: "Böyük məclislərdə soyuducu sistemlər, soyuducu avadanlıqlardan istifadə olunmalıdır. Elə qidalar seçilməlidir ki, zəhərlənməyə gətirib çıxarmasın. Məsələn yay aylarında məclislərdə təzə xiyar, pomidor və ya pendirdən istifadə etmək olar. Toyuq soyutmasını, salatları bir sutkadan sonra istifadə etmək olmaz. Qazanda və manqalda hazırlanan yeməklər də dərhal istifadə olunmalıdır".

Mütəxəssis yay aylarında köhnə balıq əti, ət, süd və yumurtanın da zəhərlənməyə səbəb ola biləcəyini istisna etmədi: "Bu mövsümdə mayonez, qarpız, spirtli içkilər də zərəhlənmə yarada bilər. Keyfiyyətsiz, üzərində saxlama müddəti göstərilməyən köhnə yeməklərdən, qidalardan da cəkinmək məsləhətdir".

İ. Abdullayev mağazalarda satılan köhnə məhsullara qarşı da mütəmadi olaraq monitorinq aradıldığını dedi: "Qida məhsullarından götürülən nümunələr də fiziki və kimyəvi göstəricilərinə görə müayinə olunur. Sanitar qaydalara əməl etməyənlərə qarşı tədbirlər görülür. Qeyd edim ki, dondurma bazarında da təhlükəli vəziyyətin ola biləcəyi istisna deyil. Dondurmaların tərkibinə qatılan rəng, qurudulmuş süd, bakterioloji göstəricilər, qablaşdırılma normalara cavab vermədikdə və dondurma düzgün saxlanılmadıqda zəhərlənmə baş verə bilər. Məsələn bəzi mağazalarda dondurmalar ət və digər məhsullarla birlikdə saxlanılır. Bəzi obyektlərdə isə əriyən dondurmalar yenidən dondurularaq əhaliyə satılır. Ərimə zamanı məhsulun tərkibi dəyişdiyindən orqanizmə mənfi təsir göstərir".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com