Şamaxı-Ağsu Arxeoloji Ekspedisiyası üçün yeni internet sayt yaradılıb

Şamaxı-Ağsu Arxeoloji Ekspedisiyası üçün yeni internet sayt yaradılıb

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən Şamaxı-Ağsu Arxeoloji Ekspedisiyasının rəsmi internet saytı yaradılıb. Şamaxı-Ağsu Arxeoloji Ekspedisiyasının üzvü Səbuhi Hüseynovun SİA-ya verdiyi xəbərə görə, internet saytda Ekspedisiyanın tərkibində olan üzvləri haqqında ətraflı məlumat, Şamaxı-Ağsu Arxeoloji Ekspedisiyasının əvvəlki illərdə gördüyü işlər, bundan başqa Şamaxı rayonu ərazisində yerləşən Gülüstan qalasında aparılan qazıntılar, Gülüstan qalasının tarixi, Qazıntılar nəticəsində üzə çıxarılmış arxeoloji tapıntıların və qazıntı zamanı fotolar, video müsahibələr, elmi məqalələr, mətbuatda Şamaxı-Ağsu Arxeoloji ekspedisiyası haqqında gedən məlumatlar yer alır.

Şamaxı-Ağsu Arxeoloji Ekspedisiyasının üzvü Səbuhi Hüseynovun sözlərinə görə, internet saytın köməkliyi ilə elmi ictimaiyyət ilə ekspedisiya daim əlaqədə ola biləcək, onların istənilən suallarına cavab verə biləcəkdir.

Gələcəkdə saytın ingilis və rus dillərində də olması üzərində iş gedir. Düşünürük ki, bu saytın köməkliyi ilə Şamaxı-Ağsu regionunda yerləşən arxeoloji abidələr haqqında ətraflı məlumat əldə etmiş olacaqlar.

İnternet sayt www.shamakhiagsuexpedition.org ünvanında yerləşir.

Bütün xəbərlər Facebook səhifəmizdə