Bu gün 11 ayın sultanı olan Ramazan ayının altıncı günüdür. SİA-nın xəbərinə görə, bu gün imsaq: 05:22, iftar isə 21:05-dədir. Orucluq ayının altıncı gününün duası belədir: "İlahi, bu ayda məni Sənə asiliyə məruz qoymaqla rüsvay etmə. Öz intiqam qamçınla məni vurma, Öz lütfün və köməyin sayəsində Sənin qəzəbini doğuracaq şeylərdən bu ayda məni uzaq et, er Rəğbət bəsləyənlərin son dərəcə Rəğbətlisi!"
Ayə: "Bu, (kafirləri cəhənnəm əzabı ilə) qorxutmaq və möminlərə öyüd-nəsihət vermək üçün sənə nazil edilən Kitabdır. (Ya Rəsulum!) Ondan (onun təbliğindən) ötrü ürəyində bir sıxıntı olmasın!".("Əraf" surəsi, ayə 2)
Hədis: "Fərz namaz, sonrakı namaza qədər; Cümə, sonrakı Cüməyə qədər; Ramazan ayı, sonrakı Ramazana qədər olan günahlara kəffarə olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB