Tarixin bu günü və ya bu günün tarixi

Tarixin bu günü və ya bu günün tarixi

- Rusiyada Xristianlıq rəsmi din kimi qəbul edilib (988)

- Almaniya və Rusiya Osmanlı dövlətinə qarşı ittifaq bağlayıb (1726)

- Boliviya müstəqillik əldə edib (1825)

- Görkəmli şairə Xurşidbanu Natəvan Şuşada anadan olub (1832)

- Nyu-Yorkda elektrik stulunda ilk edam həyata keçirilib. Qatil Vilyam Kemler bu metodla edam edilən ilk insan kimi tarixə düşüb (1890)

- İngilis general Tomson Xəzər hərbi donanmasını Denikin könüllülər ordusuna vermək barədə sərəncam imzalayıb (1919)

- Amerikan qırıcı təyyarəsi Yaponiyanın Xirosima şəhərinə atom bombası atıb və nəticədə 140 min nəfər həlak olub (1945)

- Sovetin "Mi 12" vertolyotu 40 ton yükü 2250 metr yüksəyə qaldıraraq dünya rekorduna imza atıb (1969)

- Kubalı diktator Fulqensio Batista vəfat edib (1973)

- Azərbaycan əsilli türk siyasətçi Səməd Ağaoğlu vəfat edib. O, məşhur ideoloq Əhməd bəy Ağaoğlunun övladıdır (1982)

- Nigeriya piratları göyərtəsində 5 azərbaycanlı olan türk gəmisini ələ keçirib (2009)

Bütün xəbərlər Facebook səhifəmizdə