Hava şəraiti dəyişkən buludlu olacaq

Hava şəraiti dəyişkən buludlu olacaq
Yaxın 2 gün ərzində Abşeron yarımadasında güclü xəzri küləyinin davam edəcəyi gözlənilir. SİA-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə,
Bakıda və Abşeron yarımadasında avqustun 6-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26 dərəcə, gündüz 27-32 dərəcə isti təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında avqustun 06-da əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 30-35 dərəcə, dağlarda gecə 13-18 dərəcə, gündüz 24-29 dərəcə isti təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə