Qubada kimsəsizlər, yoxsul ailələrin uşaqları üçün “Şahinlər” yay düşərgəsində tədbir keçirilib - FOTO

Qubada kimsəsizlər, yoxsul ailələrin uşaqları üçün “Şahinlər” yay düşərgəsində tədbir keçirilib - FOTO

Avqustun 5-də Quba Türk liseyində kimsəsizlər, yoxsul ailələrin uşaqları üçün Quba rayon İcra Hakimiyyətinin, Səbail rayon İcra Hakimiyyətinin və Daxili Qoşunların təşkil etdiyi "Şahinlər" yay düşərgəsində tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə 230 nəfərə yaxın kimsəsiz, yoxsul ailələrin uşaqları iştirak ediblər.

Tədbirdə Quba rayon İcra Hakimiyyəti başçısının müavini Xanımsona Əkbərova, YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev iştirak ediblər. YAP Quba rayon təşkilatının sədri Ə.Nəbiyev tədbir iştirakçılarını salamlayıb, uşaqlara bilik və bacarıqlarının artırılmasında tövsiyələrini bildirib. Daha sonra rayonun inkişafından, aparılan abadlıq quruculuq işlərindən danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə