“İRƏLİ” XI Avropa Gənclərarası Yay Olimpiya oyunlarına təşkilatı dəstək göstərib - FOTO
23-30 İyul 2011-ci il tarixləri arasında Türkiyənin Trabzon şəhərində keçirilən XI Avropa Gənclərarası Yay Olimpiya oyunları başa çatıb.
Birliyin mətbuat katibi Vəfa Rüstəmovanın SİA-ya verdiyi xəbərə görə, "İRƏLİ" İctimai Birliyi və Türkiyə Cümhuriyyəti Gənclər və İdman Baş İdarəsi arasında əldə olunan razılaşmaya əsasən, "İRƏLİ" İctimai Birliyinin fəallarından ibarət10 nəfərlik nümayəndə heyəti bu mötəbər tədbirin təşkil olunmasında öz təşkilatı dəstəyini göstərib.
14 gün ərzində Azərbaycanın irəliçilərdən ibarət nümayəndə heyəti tədbirdə fəal iştirak edib. Türkiyə Cümhuriyyəti Gənclik və İdman Direktoru Yunus Akgül və EYOF 2011 Trabzon Baş Koordinatoru Nihat Dökərlə görüş keçirilib.
Türkiyə rəsmiləri Azərbaycandan gələn nümayəndə heyətinə göstərdiyi dəstəyə görə minnətdarlıq bildiriblər.
Avropa Gənclərarası Olimpiya Oyunları hər 2 ildən bir keçirilən və Avropanın müxtəlif ölkələrindən gənclərin qatıldığı ən böyük idman yarışmasıdır. Avropa Gənclərarası Olimpiya Oyunları yay və qış oyunları olmaqla 2 hissəyə ayrılır. XIAvropa Gənclərarası Yay Olimpiya Oyunları23-30 İyul 2011-ci il tarixlərində Türkiyənin Trabzon şəhərində keçirilib. Yarışmaya qitənin 49 ölkəsindən4000-dən artıq idmançılar qatılıb.
Qeyd edək ki, bu ilin 25 yanvar -6 fevral tarixləri arasında "İRƏLİ" İctimai Birliyi Türkiyənin Ərzurum şəhərində keçirilmiş XV Dünya Universitetlərarası Qış Olimpiya Oyunlarının təşkil olunmasında da öz dəstəyini göstərib.
"İRƏLİ" İctimai Birliyi bu tip tədbirləri daim diqqətdə saxlayacaq və gələcəkdə də beynəlxalq tədbirlərin keçirilməsində öz dəstəyini göstərəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB