“Azəriqaz” İB-də növbəti “Açıq mətbuat saatı” keçirilib

“Azəriqaz” İB-də növbəti “Açıq mətbuat saatı” keçirilib

Bu gün "Azəriqaz" İstehsalat Birliyində növbəti "Açıq mətbuat saatı" keçirilib. SİA-nın məlumatına görə, bugünkü mövzu qaz xidməti ilə bağlı dispetçerin fəaliyyəti olub.

Bu gün daxil olan zəngləri "Azəriqaz" İB-nin Rejimlərə nəzarət və mərkəzi dispetçer xidmətinin mühəndisi Rasim Əhmədov cavablandırıb.

Açıq mətbuat saatı ərzində Xətai, Salyan, Binəqədi və digər ərazilərdən şikayətlər telefon zəngi vasitəsi ilə qismən də olsa aradan qaldırılıb.

Dispetçer xidmətinin mühəndisi onu da bildirib ki, hazırda qazdan istifadəyə görə Azərbaycanda 1 milyon 310 min 649 abonent var: "Onlardan 1 milyon 304 min 535 nəfəri sayğaclarla təmin olunub ki, bu da 99,53 % təşkil edir. Həmin istifadəçilərdən 173 min 982 nəfəri isə smart tipli sayğaclarla təmin olunub ki, bu da 13,34 % həcmindədir".

Rasim Əhmədov onu da vurğulayıb ki, ən çox şikayətlər Xətai, Binəqədi, Sabunçu, Xəzər və digər rayonlardan olur: "Həmin şikayətlər də qaz təzyiqinin aşağı olması ilə bağlı müraciətlər gəlirdisə, son zamanlar daha çox yeni smart tipli sayğacların quraşdırılması ilə bağlı olur.

Qaz pullarının yığılmasında 20 % artım müşahidə olunur deyən R. Əhmədov bildirib ki, bu məsələ ilə bağlı yenə də problemlər qalmaqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə