İsmayıllıda 160-a yaxın istehlakçı elektrik enerjisindən istifadə qaydalarını pozub

İsmayıllıda 160-a yaxın istehlakçı elektrik enerjisindən istifadə qaydalarını pozub

İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transformator məntəqələrində, elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilir. Bu da öz növbəsində sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır. Ümumiyyətlə, itkilərin azaldılması qarşıda duran ən mühüm vəzifələrdən biridir. Bu istiqamətdə müvafiq tədbirlər müntəzəm olaraq davam etdirilir.

"Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya daxil olan məlumata görə, İsmayıllı elektrik şəbəkəsinin (EŞ) xidməti ərazisində cari ilin 6 ayı ərzində keçirilmiş reydlər zamanı 160-a yaxın istehlakçının (bunun 115-i məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 626,6 min kilovatsaatdan artıq (bunun 391,9 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 37,6 min manata yaxın istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 28 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Qəbələ EŞ-dən əldə edilən məlumata görə, cari ilin 6 ayı ərzində keçirilmiş reydlər zamanı burada 335 qayda pozuntusu faktı (bunun 285-i məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) aşkar edilərək müvafiq qaydada aktlaşdırılıb. Nəticədə 510,6 min kilovatsaatdan artıq (bunun 329,5 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 30,6 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 59 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Onu da qeyd etmək yerinə düşərdi ki, sözügedən müəssisələri əlaqələndirən Şəki REŞ üzrə cari ilin 6 ayı ərzində keçirilmiş reydlər zamanı 1870-ə yaxın istehlakçının (bunun 1582 ədədi məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilib. O cümlədən, Şəki EŞ-də 420, Balakən EŞ-də 234 və Oğuz EŞ-də 69 qayda pozuntusu faktı aşkar edilib. Ən çox qayda pozuntusu Zaqatala EŞ-in, ən azı isə Qax EŞ-in xidməti ərazisindəki istehlakçıların sayğac uçot komplektlərində qeydə alınıb. Belə ki, bu müəssisələrdə qayda pozuntuları müvafiq olaraq 593 və 59 fakt olub. Tərtib edilmiş aktlar üzrə müvafiq qaydada hesabat aparılaraq 5 milyon 428,8 min kilovatsaatdan artıq (bunun 2 milyon 402 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 325,7 min manatdan çox istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin 39 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalıq məbləğin ödənilməsi istiqamətində tədbirlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə