İyul ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 4.004 müraciət daxil olub

İyul ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 4.004 müraciət daxil olub
Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təşkili, miqrasıya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən 2011-ci il iyul ayında davamlı olaraq tədbirlər həyata keçirib və müvafiq nəticələr əldə olunub. Dövlət Miqrasiya Xidmətindən SİA-ya verilən xəbrə görə, cari ilin iyul ayı ərzində quruma əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam bərpa, eləcədə vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılamsı ilə bağlı 4.004 müraciət daxil olub.

Həmçinin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin əməkdaşlıarı tərəfindən qanunsuz miqrasiyanın, o cümlədən, vətəndaşlığı olmayan şəxslət tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması hallarını aşkar edilərək qarşısının alınması məqsəd ilə müvafiq tədbirlər həyata keçirilib. Keçirilmiş tədbirlər nəticəsinsə 1.241 əcnəbə tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulamsı halları müəyyən edilmiş, onlardan 171 nəfərin cərimə tətbiq etməklə ölkə ərazisində yaşamaları leqallaşdırılmış, 852 əcnəbi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələr ilə nəzərdə tutuluş qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib.

Miqrasiya sahəsində dövlət nəzarətinin gücləndirilməsi istiqamətində müvafiq tədbirlər davam edir.


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com