Ramazan təqvimi (5 avqust)

Bu gün 11 ayın sultanı olan Ramazan ayının beşinci günüdür. SİA-nın xəbərinə görə, bu gün imsaq: 05:21, iftar isə 21:06-dadır. Orucluq ayının beşinci günün duası belədir: "İlahi, bu ayda məni günahlarının bağışlanmasını istəyənlərdən qərar ver, məni bu ayda Öz saleh və itaətkar bəndələrindən et, məni bu ayda Özünə yaxınlaşdırdığın dostlarından et, Mərhəmətin xatirinə, ey Mərhəmətlilərin Mərhəmətlisi!"

Ayə: "(Onlar Allaha) tövbə, ibadət və şükür-səna edənlər, oruc tutanlar (və ya cihad uğrunda, elm təhsil etmək üçün yurdundan ayrılıb başqa yerlərə gedənlər), rüku və səcdə edənlər (namaz qılanlar), yaxşı işlər görməyi əmr edib, pis işləri yasaq edənlər və Allahın hədlərini (halal-haramı) qoruyanlardır. (Ya Rəsulum!) Belə möminləri (Cənnətlə) müjdələ".("Tövbə" surəsi, ayə 112)

Hədis: "Əgər bəndə Ramazan ayının qiymətini bilərsə, ilin başdan-başa Ramazan olmasını istər".

Bütün xəbərlər Facebook səhifəmizdə